Xəbər agentliklərinin yayımladığı videoda Talibanın Pakistandakı komandirinin sağ olduğu və yeni hücumlar barədə xəbərdarlıq verdiyi göstərilib.Öldürüldüyü güman edilən Mövlanə Fəzlullah davamçılarını, bağqa sözlə intiharçıları Pakistan hökuməti və təhlükəsizlik qüvvələrini hədəf almağa çağırıb. May ayında əfqan rəsmiləri terrorçuların liderinin Əfqanıstan-Pakistan sərhədlərindəki döyüşlər zamanı öldürüldüyünə dair məlumatla bağlı istintaq aparırdı.