Bu gün ABŞ ali hərbi rəsmisinin səfər etdiyi Pakistanda Birləşmiş Ştatlara məxsus pilotsuz təyyarələrin Pakistanın şimalında 16 yaraqlını öldürdüyü bildirilib. İslamabada çatan ABŞ-ın birgə qərargahlar rəisi admiral Mayk Mallenin Pakistanın hərbi komandiri Aşfaq Kayani ilə görüşü planlaşdırılıb. Çoxları Kayaninin səlahiyyət müddətinin daha 3 il uzadılmasını Pakistanın islamçı ekstremistlərə qarşı mübarizə siyasətinin davamı kimi görür. Pakistana səfəri ərəfəsində Mallen bildirib ki, ABŞ ekstremistlərin Pakistanda keçirdiyi hücumlardan narahatdır. Bununla yanaşı, Hindistanda danışan Mallen ABŞ-ın Pakistana satdığı silahların Əl-Qaidə və bu kimi qruplaşmalara qarşı istifadə olunduğundan əmin olduğunu bildirib.
Mayk Mallenin Pakistanın hərbi komandiri Aşfaq Kayani ilə görüşü planlaşdırılıb