Old Feytful qeyzeri
Old Feytful qeyzeri ilk dəfə 1870-ci ildə Vaşborn ekspedisiyası tərəfindən adlandırılıb və bu qeyzer Yelloustone Milli Parkından adlandırılan ilk qeyzerdir. Püskürəcəyi vaxtı az qala dəqiqliklə proqnozlaşdırla bilən bu qeyzer 2000-ci ildən bəri 44 dəqiqə ilə 2 saat aralığında püskürməyə davam edir. Hər püskürmə bir dəqiqədən beş dəqiqəyə qədər davam edə bilir və bu zaman 20 min litr qədər qaynar su havaya buraxılır. Ortalama 30-40 metrə çatan bu püskürmələr əvvəllər daha tez-tez baş verirdi. Laki, 1983-cü ildə Aydaho ştatında baş verən zəlzələdən sonra qeyzerin püskürmələri arasındakı interval nəzərəçarpacaq qədər uzanıb.
Episodes
-
Dekabr 26, 2024
İctimai fəal Famil Xəlilovun növbəti məhkəməsi keçirildi
-
Dekabr 26, 2024
Əziz Orucov həbsdə qaldı
-
Dekabr 25, 2024
Kyivdə “Mariupolun müdafiəçiləri” üçün dəstək aksiyası