Prezident Obama Ramazan ayı münasibəti ilə verdiyi bəyanatda deyib ki, “Mişəl və mən Amerika xalqı adından Amerikadakı və dünyanın hər yerindəki müsəlmanlara ən xoş arzularımızı çatdırırıq.”
Bəyanatda qeyd olunur ki, Ramazan dünyanın hər tərəfindəki müsəlmanların inamla bir yerdə olan ağıl və bələdciliyi, insanların həm bir birləri həmdə Allah qarşısındakı məsuliyyətlərini düşündükləri bir vaxtdır.
Ramazanda ailələrin bir yerdə toplaşdığı, dostların iftar sürfəsi açdığını xatırladan ABŞ prezidenti bunu da qeyd etdi ki, “Ramazan eyni zamanda intensiv fədakarlıq və düşünmə vaxdıdır, belə ki, bu ayda müsəlmanlar gündüzlər oruc tutur, gecələr isə ibadət edirlər; başqalarını dəsdəkləyir, her yerdə insanlar üçün fürsət və firavanlığa kömək edirlər. Hamımız xatırlamalıyıq ki, bizim yaratmaq istədiyimiz dünya, eləmək istədiyimiz dəyişikliklər əvvəlcə bizim öz ürəyimizdə, öz icmalarımız daxilində başlamalıdır.”
“Bu adət-ənənələr bizə müştərək prinsiplərimizi, İslamın ədalətin, tərəqqinin, tolerantlığın və bütün insanlığın ləyaqətinin inkişafındakı rolunu xatırladır. Ramazan geniş müxtəlifliyi və irqi bərabərliyi mənimsəmiş bir dinin bayramıdır. Burada, Amerikada Ramazan bizə, İslamın həmişə Amerikanın bir hissəsi olduğunu, müsəlman amerikalıların bizim ölkəmizə verdikləri qeyri-adi tövhələri xatırladır.”, deyə ABŞ prezidenti qeyd edib.
O bəyanatında deyib ki, sizin Ramazanın başlamasını sevinçlə qarşıladığınız bu gündə mən dünyanın hərtərəfindəki 1.5 milyard müsəlmana, sizin ailələriniz və dostlarınıza ən xoş arzularımı çatdırmaq istəyirəm
“Mən bu həftə, Ramazanı qeyd etrmək üçün Ağ Evdə vercəyim iftar ziyatəfini səbirsizliklə gözləyir, sizin üçün uğurlu bir ay arzulayıram.”, deyə Cənab Obama bəyanatını başa çatdırıb.