Accessibility links

Obamanın hesabat məruzəsi - xarici siyasət prioritetləri [Video]


Obamanın hesabat məruzəsində xarici siyasət prioritetləri
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Prezident Obama Konqresin birgə iclasında illik hesabat məruzəsində xarici siyasət sahəsində prioritet məsələləri göstərdi. O, ABŞ-ın anti-terror səyləri və İranla nüvə danışıqlarını xüsusi qeyd etdi.

Prezident Obama Yaxın Şərqdə terrorçularla mübarizə aparmaq üçün Qərb və ərəb ölkələrindən ibarət koalisiyanın yaradılmasında Amerikanın səylərini vurğuladı.

Biz Suriyada bizim səylərimizə kömək edə bilən mötədil müxalifəti dəstəkləyirik və hər yerdə özünü müflis etmiş zorakı ekstremizm ideologiyasına qarşı dayanan insanlara yardım göstəririk.

Barak Obama: “Biz Suriyada bizim səylərimizə kömək edə bilən mötədil müxalifəti dəstəkləyirik və hər yerdə özünü müflis etmiş zorakı ekstremizm ideologiyasına qarşı dayanan insanlara yardım göstəririk. Bu səylər vaxt aparacaq. Diqqət tələb edəcək. Lakin biz buna nail olacayıq.”

ABŞ hərbi qüvvələri Suriyada İslam Dövləti qrupuna qarşı hava hücumlarını davam etdirir və gələn altı həftə ərzində terrorçularla daha yaxşı mübarizə aparmaq məqsədilə Suriyada mötədil müxalifətə təlim vermək üçün regiona əsgəri qüvvə göndəriləcəyini bildirib.

Lakin Demokratiyanın Müdafiəsi Fondunun Araşdırmalar bölməsinin vitse-prezidenti Conatan Şanzer Suriyada İslam Dövləti qrupuna qarşı müvəffəq mübarizə üçün bundan daha artıq səy tələb olunduğunu deyib.

Conatan Şanzer:”Biz uzun müddətli bir problemə baxırıq və mən inanmıram ki, döyüşçülərdən ibarət kiçik bir qrupa təlim verməklə bu problemin həllinə həqitətən də kömək edə bilər.”

Prezident Barak Obama çıxışdan sonra Dövlət Katibi Con Kerriyə əl ilə işarə edir.
Prezident Barak Obama çıxışdan sonra Dövlət Katibi Con Kerriyə əl ilə işarə edir.

Pentaqon Suriya üsyançılarının döyüç təlimlərindən ilk növbədə öz şəhərlərini müdafiə etmək üçün istifadə edəcəyini və bundan sonra İslam Dövləti qrupunun döyüşçülərinə hücum edib Suriyada problemin siyasi həllinə töhfə verə biləcəyini bildirib.

Conatan Şanzerin fikrincə, Birləşmiş Ştatlar mötədillərə necə döyüşməyi öyrədə bilər, lakin onların kimi hədəf alacağına qarantiya yoxdur.

Conatan Şanzer: “Onlar Əsədə qarşı mübarizə aparmaq istəyir. Hizbullaha qarşı döyüşmək istəyir. İranın Suriyadan çıxmasını istəyir. Bu. onların orada olmasının əsas səbəbidir. Bunu nəzərdən qaçırmaq olmaz.”

Lakin İrana gəldikdə prezident Obama və Qərb liderləri Suriyada kənar çıxış yoluna baxır.

Prezident Obama: “İndi və yaz ayları arasında İranın nüvə ölkəsinə çevrilməsinə yol verməyəcək, Amerika və İsrail da daxil olmaqla müttəfiqlərimizin təhlükəsizliyini təmin edəcək və eyni zamanda, Yaxın Şərqdə daha bir münaqişənin qarşısını alacaq əhatəli razılığı müzakirə etmək imkanımız var.”

İndi və yaz ayları arasında İranın nüvə ölkəsinə çevrilməsinə yol verməyəcəyik, Amerika və İsrail da daxil olmaqla müttəfiqlərimizin təhlükəsizliyini təmin edəcəyik.

Birləşmiş Ştatlar, Fransa, Almaniya və danışıqlarda iştirak edən digər ölkələr sanksiyaların yüngülləşdirilməsi müqabilində Tehranın nüvə proqramını məhdudlaşdırılmasına çalışır. İranın ən yaxın müttəfiqlərindən biri olan Suriya prezidenti Bəşər Əl-Əsədə qarşı mübarizə nüvə danışıqlarını təhlükə altına ala bilər.

Conatan Şanzer: Onların hamısı danışıqların bu həssas məqamında iranlıları narazı salmaqdan ehtiyat edir və bunun nəticəsi olaraq Suriya məsələsində onların bir əli bağlı qalır.”

Suriyada mötədil üsyançılara təlim ABŞ-ın onlardan hansına etibar edilməsini müəyyən etdikdən sonra verilə bilər. Təlimin başlaması bir neçə ay sürə bilər, suriyalılar isə artıq dördüncü ildir mübarizə aparır.

XS
SM
MD
LG