Rusiyanın xarici işlər naziri deyib ki, prezident Barak Obamanın hesabat məruzəsi Birləşmiş Ştatların dünya üzərində dominantlığına işarədir.
Sergey Lavrov bunu bu gün Ukrayna ilə bağlı müzakirələr aparmaq üçün səfərdə olduğu Berlində deyib. O, Birləşmiş Ştatların aqressiya yolunu seçdiyini, lakin Ukrayna ilə gərginliyə baxmayaraq, terrorla mübarizədə Moskvanın Qərblə əməkdaşlığı davam etdirdiyini deyib.
Barak Obama illik hesabat məruzəsi zamanı Birləşmiş Ştatların müttəfiqləri ilə əlaqələrinin güclü olduğunu, təcrid olunmuş Rusiyanın iqtisadiyyatının isə bərbad vəziyyətdə olduğunu deyib.