Aprelin 4-də NİDA Vətəndaş Hərəkatı fəallarının işi üzrə məhkəmə prosesində müttəhim İlkin Rüstəmzadə ifadə verib.
Məhkəmə zalında ictimai dəstək qrupunun üzvləri üzərində müttəhimlərin fotosu olan maskalar geyinərək fleş-mob düzəldiblər.
Məhkəmə öncə vəkil Xalid Bağırovun dünənki vəsatətinə baxıb. Belə ki, vəkil prosesə yeni şahidlərin çağırılmasını təklif edib. Onlar müttəhimlərin fevralın 28-də “Venesiya” kafesində olmadıqlarını və kütləvi iğtişaşlar planını müzakirə etmədiklərini təsdiqləyə bilər.
X.Bağırov bəzi KİV-də yayılan materialların linklərini təqdim edib. Bunlar sübut edir ki, fevralın 28-də əsgər Seymur Allahverdiyevin ölümü hələ məlum deyildi, odur ki, bununla bağlı etiraz aksiyası həmin günə təyin edilə bilməzdi.
Dövlət ittihamçısı vəsatətin əleyhinə çıxıb. Bundan sonra hakim Cavid Hüseynov vəsatəti təmin etməyib.
Müttəhim Rüstəmzadə ifadə verməzdən əvvəl bildirib ki, hansı cinayəti törətməkdə ittiham olunması ona aydın deyil.
Dövlət ittihamçısı Nemət Əvəzov bildirib ki, o, “mütəşəkkil cinayətkar qrupun üzvü” olub və Facebook-da 10 mart etiraz aksiyasına çağırış edib.
Rüstəmzadə öz ifadəsində bildirib ki, aksiyada iştiraka çağırış Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş toplaşmaq azadlığının reallaşmasıdır. Azərbaycan qanunvericiliyində buna görə cinayət cəzası nəzərdə tutulmur, yalnız inzibati cəza nəzərdə tutulur.
“Qanunsuz partlayıcı maddə saxlanması” barədə ittihama gəlincə, bu ittiham müttəhim Şahin Novruzlunun ifadəsi əsasında irəli sürülüb. Belə ki, Ş.Novruzlu işğəncə altında etiraf edib ki, guya Rüstəmzadə Facebook-da iğtişaşlara çağırıb.
Digər tərəfdən, Novruzludan “götürülən” “Molotov kokteyli” partlayıcı yox, alışan maddədir və 228.3 maddəsi üzrə məsuliyyət nəzərdə tutmur.
Ş.Novruzlu və Bəxtiyar Quliyevin Facebook-da yazışmaları, “Molotov kokteyli”nin tətbiqi məsələsinin müzakirəsi cinayət təqibi üzrə predmet ola bilməz.
O, Avropa Məhkəməsinin presedent qərarlarına istinadla deyib ki, sosial şəbəkələrdəki profil özəl mülkiyyət sayılır və orada söylənilən fikirlərə görə heç kim cəzalandırıla bilməz.
Rüstəmzadə həmçinin xuliqanlıqda ittiham olunmasının əsassız və absurd olduğunu deyib.
Belə ki, istintaq Rüstəmzadəni dənizkənarı bulvarda Harlem Shake rəqs fleşmobunun təşkilində və YouTube-da videosüjetin yerləşdirilməsində təqsirli bilir.
Cinayət qanunvericiliyndə xuliqanlıq inzibati qanunvericilikdə olduğundan onunla fərqlənir ki, bu hərəkətlərin nəticəsində kiməsə fiziki zərər və ya əmlak ziyanı dəyir. İndiki halda isə zərərçəkən yoxdur. Bundan əlavə, Rüstəmzadə deyib ki, o, ümumiyyətlə videoda görünməyib.
Sonra o bildirib ki, müstəntiqlər zorla ondan ifadə alıblar ki, guya Azərbaycandakı ABŞ Milli Demokratiya İnstitutunun keçmiş nümayəndəsi, cinsi azlıqlara mənsub Aleks Qriqoryevs “Azərbaycan gənclərinin mənəviyyatının pozulması” üçün layihələr maliyyələşdirib. Və sözügedən videoçarxa görə vəsaiti də məhz o, digər müttəhim Üzeyir Məmmədlinin vasitəsilə ayırıb.
Həbsdən bir gün əvvəl (16 may 2013-cü il) Rüstəmzadəyə Rəşad Həsənova böhtan atmaq təklif olunub, əvəzində isə xaricə getməyə zəmanət verilib.
Sonda Rüstəmzadə hakimiyyəti ləyaqətlə mübarizə aparmağa çağırıb. O, ATV telekanalında aparıcı, deputat Etibar Hüseynovun proqramında Harlem Shake videoçarxının göstərilməsini, NİDA fəallarının mənəviyyatsız adamlar kimi təqdim edilməsini pisləyib.
Növbəti məhkəmə iclası aprelin 8-də olacaq.