Rusiya müxalifət lideri və blogger Aleksey Navalnı Moskvaya qayıdıb. O, Moskvada bələdiyyə seçkilərində iştirak edəcəyini bildirib.
Rusiya mediasının verdiyi məlumata görə, Moksvanın Yaroslavl vağzalında böyük tərəfindən qarşılanan Navalnı tərəfdarlarına” Biz seçkilərə gedirik və biz qələbə çalacağıq”sözlərilə müraciət edib. Aleksey Navalnı tərəfdarlarına dəstəyə görə təşəkkür edib və deyib ki, onların köməyi olmadan o və eyni iş əsasında məhkum olmuş Pyotr Ofitserov azadlığa çıxa bilməzdilər.
Rusiyanın bir çox şəhərlərində minlərlə insan Navalnıya qarşı hökmün ləğv edilməsi və onun azadlığa buraxlıması tələbilə ilə etiraz aksiyaları keçirib.
Məhkəmə Navalnının beş il həbs cəzasına məhkum edilməsi barədə qərar çıxarıb, lakin prokurorluğun müraciəti əsasında o, məhkəmənin qərarı qüvvəyə minənə qədər ölkədən çıxmamaq haqda sənəd imzaladıqdan sonra azadlığa buraxılıb.