Accessibility links

Birinci debat: İqtidarın tənqidi, müxalifətin cavabı [Debatın tam videosu]


Prezidentliyə namizədlər
Prezidentliyə namizədlər

Prezidentliyə namizədlər televiziyada canlı efirdə debata çıxdılar. Prezident İlham Əliyev debata qatılmadı.

Bu gün prezidentliyə namizədlər İctimai Televiziyanın efirində 1 saatlıq pulsuz təşviqat vaxtından istifadə edib.

Dəyirmi masada namizədliyini özü irəli sürmüş Zahid Oruc, YAP tərəfindən namizədliyi irəli sürülmüş, hazırkı prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov, Ümid Partiyasının namizədi İqbal Ağazadə, Ədalət Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi Mütəllim Rəhimov, Müsair Müsavat Partiyasıının namizədi Hafiz Hacıyev, Demokrat Partiyasının namizədi Sərdar Məmmədov (Cəlaloğlu), Sosial-Demokrat Partiyasının namizədi Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev, Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənli iştirak edib. Hər bir namizədə 6 dəqiqə efir vaxtı verilib.

Mətn videodan sonra davam edir.




Prezidentliyə namizədlər çıxışlarında proqramlarına toxunsa da, əksər çıxışlar qarşılıqlı ittihamlara həsr olunub. İqtidarın namizədi İlham Əliyev olsa da namizədlərin əksəriyyəti Milli Şuranın namizədi Cəmil Həsənliyə qarşı firkilər söyləyiblər. Yalnız Cəmil Həsnli bütövlükdə çıxışını iqtidarın tənqidinə, ifşasına yönəldirb.

İlham Əliyev debatlarda iştirak etməlidir.
Həsənli bilrdirb ki, əsas məsələ seçkidən-seçkiyə vəd verməkdən ibarət deyil, həm də hesabat verməkdir. “İlham Əliyev debatlarda iştirak etməlidir. O namizədlərlə bir yerdə olmaq isəmir, sayğısızlıq göstərir, xalqa hesabat vermir. İlham Əliyev xalqın, millətin sorğusuna cavab verməldiir. 11 yaşlı oğluna Dubayda 75 milyona 5 mülk alıb. Buna cavab verməlidir. “Vaşinqton Post” qəzəti bunu yazıb. Bu fakta görə normal ölkədə hökumət istefaya gedərdi. Vircin adalarında şirkətləri ilə bağlı, 48 milyard dolların ölkədən çıxarılması ilə bağlı sənədlər ortaya çıxarılıb. Bu vəsaitlər dövlət büdcəsindən çoxdur. Buna cavab verməldir. Ailəsinin Panamada olan şirkətlərindən danışmalıdır”.

11 yaşlı oğluna Dubayda 75 milyona 5 mülk alıb. Buna cavab verməlidir.
Həsənli əhalinin əmək haqlarının, pensiyalarının aşağı həddindən danışıb.

“Azərbaycan neft ölkəsidir. Azərbaycan neft gəlirlərinin yüksək məqamını yaşadı. Baxın, əmək haqları nədən ibatrətdir? Milyardlarla vəsaiti xaricə daşıyanlar nə pensiya, nə əmək haqqı verir? Pensiyalar o qədər azdır ki, hökumətin iclasında utanırlar manatla deməyə, dolarla ifadə edirlər. Ölkədə korrupsiyanın başında İlham Əliyev dayanır. Seçicilər bu hakimiyətə niyə səs verməlidir? Görün əmək haqqı, pensiyalar nə günüdədir ki, bir reseptlik dərmanı almağa çatmır”, o hökuməti kəskin ittiham edib.

İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov öncəki seçkilərdə “İlhamla irəli!” şüarı ilə qələbə qazandıqlaırnı və bu seçkidə də həmin şüarla qələbə qazanacaqlarını deyib.

“Azərbaycan xaqı həmişə müdrik qərarlar qəbul edir. Bunlardan biri də 1993-cü ildə Heydər Əliyevin hakmiyyətə gəlməsi ilə bağlı qərarıdır”, o qeyd edib.

O Cəmil Həsənlinin İlham Əliyevlə bağlı dediklrəini uydurma, “sənədi, sübutu olmayan qəzet materialları” adlandırıb.

Əhmədov Həsənli ilə bağlı əks faktlara da müraciət edib.

Cəmil Həsənli, siz 2011-ci ildə pensiyaya necə çıxıbsınız. Necə oldu ki, vaxtından 2 il əvvəl pensiyaya çıxdınız.
“Cəmil Həsənli, siz 2011-ci ildə pensiyaya necə çıxıbsınız. Necə oldu ki, vaxtından 2 il əvvəl pensiyaya çıxdınız. Siz nəyin əlilisiniz ki, iki il əvəvl pensiyaya çıxıbsınız. Ya qanunsuz pensiyaya çıxmamağınızı, ya da əlilliyinizi sübut etməlisiniz. Həsənli 2011-ci ilin iyununda xəstəliyə görə pensiyaya çıxıb. 3-cü dərəcəli əlildir. Yazılıb ki, Həsənli yalnız az həcmdə olan yüngül işdə işləyə biər. Siz xəstəyə oxşamırsınız. Ya fırıldaqçısınız, ya da əlilliyinizi etiraf etməlisiniz”, iqtidar namizədinin nümayəndəsi hücum edib.

Cəmil Həsnli cavabda deyib ki, o xəstə deyil, ölkəni ağır duruma salanlar xəstədir.

“Ana dili imtahanından şagirdlərin 42 faizi 2 alıb. Xəstə olmaq xalqın pulunu xaricə daşımaqdır, inanclı insaların cibinə narkotik atıb həbs etməkdir”, o qedy edib.

Zahid Oruc prezidentiyə namziəd olsa da ölkədə dəyişikliyin olmasını istəmədiyini bildirib. Müxalifətə hansı istiqamətdə mübarizə aparmağın yolları barədə danışıb. Cəmil Həsnlinin tənqid edib.

Onun fikrincə, İlham Əliyevlə bağlı beynəlxalaq mediada ittihamlar Türkiyənin Ermənistanla sərhədini açmamasından sonra başlayıb.

İqbal Ağazadə indiki iqtidarın ölkənin problemlərini həll edə bilməməsini dəqqətə çatdırıb. Onun fikrincə, seçici iqtidara inanmır.

“Çünki seçicinin problemi həll olunmur. Azərbaycan seçicisinin böyük hissəsi öz həyatından narazıdır. Həkimlərin, mülllimlərin, pensiyaçıların həyatı pisləşib”.

Ağazadə ölkədə dyişikliklərin tərəfdarıdır.

Azərbaycanda məhkəmlərin, polislərin, hökumətin hərəkətləri o qədər dözülməzdir ki, siz onları dəyişməsəniz, onlar sizin həyatınızı pisliyə dəyişəcək.
“Hansı ölkədə dəyişiklik olmursa orada insan haqları pozulur. Dəyişikliklər olan ölkələrdə inkişaf var. Dəyişən dünyada Amerika və Avropanın inkişafını görmək bəs edir. Bu ölkələrdə prezidentləri heç də pis idarə etdirklərinə görə dəyişmirlər? Dəyişiklik olmayan ölkələrdə vəziyyət pisləşir.

Azərbaycanda məhkəmələrin, polislərin, hökumətin hərəkətləri o qədər dözülməzdir ki, siz onları dəyişməsəniz, onlar sizin həyatınızı pisliyə dəyişəcək”, o seçicilərə müraciət edib.

Namizədin fikrincə, bir çox halda insanlar dəyişiklik zamanı stabilliyin pozulacağından qorxur.

“Stabillik 29 il də davam edə bilər. Amma bu zaman dəyişiklik olanda böyük fəlakətlərlə müşahidə olunur. Yaxın Şərq buna misaldır. Yaxın Şərqdəki fəlakətlərdən qaçmaq üçün dəyişiklik lazımdır”, o bildirib.

Səlahiyətli nümayəndə Mütəllim Rəhimov partiyanın namizədi İlyas İsmayılov dövlətçilik təcrübəsini daha çox qabardıb.

“SSRİ dövründə imperiya dövlətində işləyən iki şəxsdən biri İlyas İsmayılov olub. Prezidentliyə namizədlərdən heç birinin bu qədər dövlətçilik təcrübəsi yoxdur”.

Hafiz Hacıyev çıxışını Milli Şurada təmsil olunanların və Cəmil Həsənlinin tənqidinə yönəldib.

Onlar müxtəlif təşkilatlar yaradıb Elçibəy hakimiyyətini yıxdılar.
“Mən də milli hakimiyyətin dövründə hakimiyyətdə təmsil olmuşam. Yaxşı olardı ki, onların vahid namizədi mən olardım. Biz də Elçibəy yolunu davam etdiririk. Onlar müxtəlif təşkilatlar yaradıb Elçibəy hakimiyyətini yıxdılar” , o qeyd edib.

Hacıyev Milli Şuranı ermənilərlə iş birliyində ittiham edib.

Fərəc Quliyev hesab edir ki, ölkədə inkişafa nail omaq üçün dəyişiklik və demokratik seçkilər labüddür.

“Dünyada yaranmış ortaq standartlara, regional standartlara nail olmaq üçün demokratik seçki labüddür. Bunun üçün cəmiyyətin gücünü müəyyən etməliyik. Hərəkətverici qüvvə əsasən gənclərdir. Elə münasibət olmalıdır ki, gənclər ölkədən getməsin, Rusiyaya sığınmasın”.

Dünyada yaranmış ortaq standartlara, regional standartlara nail olmaq üçün demokratik seçki labüddür.
O seçilərsə xarici banklardakı neft pullarının əksəriyyətinin ölkəyə qaytarılmasını təmin edəcək.

“Niyə ölkə əhalisi, o cümlədən gənclər bundan istifadə etməsin. Hərbi xidmətdən qayıdan gənclər torpaq və ya mənzillə təmin edilməlidir. Azərbaycanın yalnız daxil gücünü artırmaqla qlobal gücə çevrilə bilər”, o bəyan edib.

Quliyev də Milli Şurada təmsil olunanları ermənilərlə əlaqədə günahlandırıb.

Sərdar Cəlaloğlu deyib ki, Azərbaycan BMT hesabatında ölkəni tərk edən vətəndaşlatrına görə dünayada 17-ci yerdə durur.

“Hətta Avstraliyada da Azərbaycan kəndləri var, rusların özünün yaşamadığı ucqarlarda azərbaycanlılar var. Bunun səbəbi iqtisadi və sosial vəziyyət, hüquq dövlətinin olmamasıdır.

“Mənimn əsas məqsədim sosial və hüquqi dövlət quruculuğuna başlamaqdır”.

Araz Əlizadə hesab edir ki, vətənin dayağı ana, müəllim və hərbiçilərdir.

Vətənin dayağı ana, müəllim və hərbiçilərdir.
“Ananın ən böyük işi övlad dünayaya gətirməkdir. Analar firəvan həyat yaşamalıdır. Müəllimlər hamiya savad verir, yaxşı maaş almalıdırlar. Ordu vətən naminə düşməni məhv edir. Ordu peşəkarlardan ibarət olmalıdır. Bu üç sahədə yaxşı təminat olarsa vətənin bütün problemləri həllini tapar”.

Onun fikrincə, prezidentin bir neçə dəfə seçilməsi fəlakət gətirə bilməz.

“Biz namizədik, dəyişiklik olmalıdır. Amma, Kol 16 il kansler oldu, Tetçer neçə il hökumətə rəhbərlik etdi. Avtoritarizmi oldumu? Dəyişiklik ərəb baharı kimi olanda bombarduman olur. Mürsinin taleyini yada salaq”, Əlizadə qeyd edib.

O həmçinin Milliu Şuraya qarşı çıxıb, Cəmil Həsənlinin fikrilərinə münasibət bildirib.

Qüdrət Həsənquliyev parlamentli respublikanın tərəfdarı olduğunu bildirib.

“AXCP hakimiyyəti Azərbaycan Respublikasını Xalq Cümhuriyyətinin varisi elan etdi, amma parlamentli respublika qurmadı”.

Çünki azərbaycanlıların 4-dən 3-ü Cənubi Azərbaycanda, İranda yaşayır.
Həsənquliyev həmçinin Azərbaycan Respublikasının adının Şimali Azərbaycan Respublikası olmasına tərəfdardır.

“Çünki azərbaycanlıların 4-dən 3-ü Cənubi Azərbaycanda, İranda yaşayır”.

O çıxışının böyük hissəsini Həsənlinin kitabına, onun və Milli Şurada təmsil olunan müxlaifət rəhbərlərinin tənqidinə həsr edib.
XS
SM
MD
LG