“Məqsədimiz müxtəlif ştatlarda yaşayan azərbaycanlıları bir platforma altında toplamaqdır”
Amerika Azərbaycanlıları Birliyi təşkilatının təsisçisi Fərhad Ələkbərov Amerikanın Səsinə müsahibəsində yaratdıqları təşkilatın məqsədlərindən və görəcəkləri işlərdən danışıb. Onun sözlərinə görə, müxtəlif ştatlarda fəaliyyət göstərən bir və ya bir neçə Azərbaycan cəmiyyətləri olsa da onlar daha çox lokal şəkildə qalır. Buna görə də digər ştatlardan olan azərbaycanlıları tanımaq çətin olur. Fərhad Ələkbərov əlavə edib ki, Amerika Azərbaycanlıları Birliyi müxtəlif ştatlarda yaşayan azərbaycanlıları bir platformada birləşdirməyə imkan yaradacaq.
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib