Accessibility links

Mustafa Hacıbəyli: “Məhkəmənin hökmü söz azadlığına qarşıdır"


Mustafa Hacıbəyli: “Məhkəmənin hökmü söz azadlığına qarşıdır"
please wait

No media source currently available

0:00 0:03:50 0:00

Mustafa Hacıbəyli: “Məhkəmənin hökmü söz azadlığına qarşıdır"

Bastainfo.com saytının rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Səbuhi Hüseynovun sədrliyi ilə bastainfo.com saytının rəhbəri Mustafa Hacıbəyliyə 2 il sınaq müddəti olmaqla, 5 il 6 ay şərti cəza verib. Jurnalist özünü təqsirli bilmir, hökmü siyasi sifariş hesab edir.

Amerikanın Səsi: Bakı Ağır Cinayətlər Məhkəməsinin sizin barədə çıxardığı hökmü necə qiymətləndirirsiniz?

İstər şahidlər, istər dövlət ittihamçısı cinayət təqibinə səbəb olan məqalələrdə dövlət əleyhinə çağırış olduğunu göstərə bilmədi.

Mustafa Hacıbəyli: Qanunsuz bir hökmdür. Mənə bəraət verilməli idi. Qaldırılan cinayət işi üzrə heç bir sübut təqdim olunmadı. Baxmayaraq ki, vəkilim Osman Kazımov dəfələrlə bu sübutları istəmişdi. İstər şahidlər, istər dövlət ittihamçısı cinayət təqibinə səbəb olan məqalələrdə hansı cümlədə dövlət əleyhinə çağırış olduğunu göstərə bilmədi. Bir çox vəsatətlərimiz təmin olunmadı. Müdafiə hüququm dəfələrlə pozuldu. Bununla belə, əksinə, biz sübut etdik ki, cinayət işi əsassızdır. Ona görə, bunu qanunsuz bir qərar kimi qiymətləndiririk. Söz azadlığına qarşı qəbul olunan bir hökm kimi qiymətləndiririk.

Amerikanın Səsi: Hökmdən əvvəl son sözünüzdə nə dediniz? Sizə verilən bu ittihamlarla özünüzü təqsirli sayırsınızmı?

Mustafa Hacıbəyli: Özümü qətiyyən təqsirli saymıram. Son sözüm... hələ uzun bir yol gedirik. Mən orada bildirdim ki, bu mənim son sözüm olmayacaq. Biz söz azadlığı uğrunda mübarizə aparırıq. Azərbaycanda insan hüquqlarıının, ədalətin bərpa olunduğu bir cəmiyyət uğrunda mübarizə aparırıq. Nə qədər yaşayırıqsa, bu mübarizəni davam etdiririksə, sözümüzü həmişə deyəcəyik.Yəni son sözüm qısa oldu. Bu gün mən ətraflı bir çıxış etdim. O çıxışda həm ittihamın əsassız olmasına dair öz firkirlərimi bildirdim. Eyni zamanda bu məsələnin siyasi motivli bir iş olduğunu bildirdim. Bunun siyasi sifariş əsasında aparıldığını bildirdim və bunu sübut edən bir sıra sübutlar göstərdim. Ona görə son sözü çox qısa etdim. Biz son sözümüzü hələ deyəcəyik. Həyat qabaqdadır.

Amerikanın Səsi: Bundan sonrakı hüquqi addımlarınız necə olacaq?

Mustafa Hacıbəyli: Apellyasiya şikayəti veriləcək. Düzdür, Azərbaycan məhkəmələrindən ədalət gözləmirik. Apellyasiya Məhkəməsindən sonra, Ali Məhkəmə və Avropa Məhkəməsinə müraciət edəcəyik. Bu iş üzrə sonadək hüquqi mübarizəni aparmaq niyyətindəyik.

Amerikanın Səsi: Bu hökm sizin yaradıcılığınıza hər hansı bir təsir edəcəkmi?

Təbii ki, mən əqidə adamıyam, çalışacam ki, bu təqiblər mənə təsir etməsin.

Mustafa Hacıbəyli: Yaxşı sualdır. Fikirləşirəm ki, istənilən jurnalist təqiblə üzləşəndə onun öz daxilində bir senzura əmələ gəlir. Bilirsiniz ki, Azərbaycanda Baş Prokurorluq media üzərində senzura fəaliyyəti ilə məşğuldir. Baş Prokurorluqda xüsusi bir xidmət var ki, onlar saytlarda dərc olunan yazıların monitorinqini aparır. Senzura çərçivəsindən kənara çıxan yazıların qeydiyyatını aparır və həmin yazıların müəlliflərinə, yazıları dərc edən saytların redaktorlarına qarşı tədbirlər görürlər. Hansı tədbirlər görülür? Adətən, çağırıb xəbərdarlıq edirlər, cinayət işi qaldırırlar. Bilirsiniz ki, hazırda bastainfo.com saytından başqa digər iki sayta qarşı da cinayət işi qaldırılıb və onların məhkəməsi gedir. Yəni, belə bir vəziyyətdə, nə özüm də böyük bir təzyiqlər üzləşmişəm. Son yeddi ay ərzində daim təzyiq, təqib altında olmuşam. Qanunsuz olaraq saytı bloklayıblar. Heç bir məhkəmə qərarı olmadan saytı bloklayıblar. Mənim həm ölkədən çıxışıma qadağa qoyublar, həm də mənim polisin nəzarətinə verilməyimlə bağlı qərar qəbul ediblər. Yəni, mənə qarşı irəli sürülən ittihamlar məhkəmə hökmü, yalnız, bu gün verilsə də, artıq yeddi aydır ki, təqib olunuram. Təbii ki, mən əqidə adamıyam, çalışacam ki, bu təqiblər mənə təsir etməsin. Baxaq, görək, nə qədər bunun öhdəsindən gələ bilirəm. Ümid edirəm ki, bundan sonra da biz söz azadlığına sadiq qalacağıq.

Qeyd: Baş Prokurorluq mediayaya qarşı hər hansı bir senzura həyata keçirmədiyini, media işçilərini təzyiqə məruz qoymadığını bildirir. Baş Prokurorluğun rəsmiləri bütün insanların qanun qarşısında bərabər olduğunu bəyan edir.

XS
SM
MD
LG