Accessibility links

Məhkəmə Mustafa Hacıbəyliyə 5 il 6 ay şərti cəza verib


Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyliyə 2 il sınaq müddəti olmaqla, 5 il 6 ay şərti cəza verilib.

Fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası belə hökm çıxarıb.

Məhkəmə onun himayəsində azyaşlı övladını, üçüncü qrup Qarabağ əlili olmasını nəzərə alaraq, ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib.

bastainfo.com saytı
bastainfo.com saytı

Mustafa Hacıbəyli özünü təqsirli bilməyib. Hökmdən əvvəl son sözündə də haqqında bəraət hökmü, son 7 ayda yaşadığı iztirablara görə xüsusi qərar çıxarılmasını istəyib:

"Xahiş edirəm, mənə bu məhrumiyyətləri yaşadanların cəzalandırılması üçün prokurorluğa təqdimat göndərəsiniz," jurnalist qeyd edib.

Mustafa Hacıbəylinin vəkili Osman Kazımov bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

İyulun 9-da Baş Prokurorluq Gəncənin icra hakimiyyəti başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı internetdə yayılan "yalan məlumatlar" və "qanunsuz çağırışlar"a dair cinayət işinin qaldırıldığını bildirmişdi. Bundan sonra prokurorluq "bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət etmişdi.

Öncə Mustafa Hacıbəylinin adı iş üzrə şahid kimi keçib. Ancaq noyabrın 30-da müttəhim statusuna keçirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Mustafa Hacıbəylinin barəsində polis nəzarətinə götürülmə üzrə qətimkan tədbiri seçilib. O, ittihamları rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG