Accessibility links

Krıma buraxılmayan Müsavat başqanının müavinləri azad edilib


Musavat Partiyasi
Musavat Partiyasi

Səhər saatlarında Mahaçqalada saxlanan müavinlər polis nəzarəti altında məcburən Bakıya göndərilir

Bu gün Maxaçqalada saxlanan Müsavat Partiyası başqanının müavinləri Arif Hacılı və Gülağa Aslanlı sərbəst buraxılıb. Bu barədə Gülağa Aslanlı Amerikanın Səsinə bildirib.

Müsavat Partiyası başqanının müavinləri Krımda mövcud durumla tanış olmaq üçün Ukraynanın bu regionuna səfərə gedirdilər. Hər iki müavin martın 10-da Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində qatardan düşürdülərək polis şöbəsinə aparılıb.

Cənab Aslanlının sözlərinə görə, Mahaçqalada polis onların hər birini 500 rubl cərimə edib və Krıma getmələrinin qarşısını alıb. Hazırda onlar polis nəzarəti altında Moskva-Bakı qatarı ilə Bakıya gəlirlər.

“Martın 10-da səhər saatlarında Mahaçqalada 10 nəfərdən çox polis əməkdaşı bizim kupeyə daxil oldu. Bizimlə çox kobud davrandılar və qatardan düşürərək polis şöbəsinə apardılar. Orada əvvəlcə cinayət işi qaldıracaqlarını bildirdilər. Sonra Arif Hacılının keçmiş deputat, mənim Mərkəzi Seçki Komissiyasının üzvü olduğumu bildikdən sonra cinayət işini inzibati qaydada cərimə ilə əvəz etdilər. Polisdə bizim Krıma getməyimizin düzgün olmadığını, orada vəziyyətin ağır olduğunu, Krım məsələsinə qarışmamağımızı dedilər. Qərbin ünvanına tənqidlər söylədilər və bizə məcburən Moskva-Bakı qatarına bilet aldırdılar. Polis nəzarəti altında Bakıya yola saldılar. Hazırda qatarla Dərbənd istiqamətində hərəkət edirik”, Gülağa Aslanlı Amerikanın Səsinə bildirib.

Cənab Aslanlı baş verənlərin siyasi motivlə baş verdiyini bildirib.
XS
SM
MD
LG