Accessibility links

Müsavat Partiyasının başqan müavinləri Rusiya ərazisində saxlanıb


İsa Qəmbər Ukraynada
İsa Qəmbər Ukraynada

Arif Hacılı və Gülağa Aslanlı Krıma gedərkən Mahaçqalada saxlanıb

Müsavat Partiyası başqanının müavinləri Arif Hacılı və Gülağa Aslanlı qatarla Krıma gedərkən martın 10-da Rusiya ərazisində saxlanıb.

Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli Amerikanın Səsinə bildirib ki, başqan müavinləri Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində saxlanılıb. Hər iki müavin martın 9-da Bakı dəmiryol vağzalından Ukraynaya gedən qatarla yola düşüb.

Onun sözlərinə görə, hazırda partiya məlumatları dəqiqləşdirir və sonra münasibət bildirəcək.

Öz növbəsində APA agentliyi bildirir ki, Arif Hacılı saxlanan zaman agentliyin müxbirinə zəng edə bilib. O, “məni Mahaçqalada saxlayıblar, xahiş edirəm ailəmə xəbər verin”, - deyib. A.Hacılı ilə əlaqə kəsildiyindən hadisənin təfərrüatlarını öyrənmək mümkün olmayıb.

Hazırda Arif Hacılının telefonları cavab vermir. Amerikanın Səsinin müxbiri Gülağa Aslanlının Baksel mobil operatoruna məxsus telefon nömrəsinə zəng çalıb. Onun telefonuna zəng çatıb və bu anda kimsə telefonu söndürüb. Bundan sonra telefona zəng çatmayıb.

Azərbaycanın və Rusiyanın rəsmi orqanları hələ saxlanmanın səbəbləri ilə bağlı məlumat vermir.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG