Liviyanın müvəqqəti hökumətinin bildirdiyinə görə, Müəmmər Qəzzafi qüvvələri tərəfindən öldürülən 1270 adamın cəsədi ilə kütləvi məzar aşkar edilib. Məzar Tripoli yaxınlığındakı Əbu Səlim həbsxanasında tapılıb. Həmin insanlar 1996-cı ildə həbsxana şəraitinə etirazlarını bildirdikdən sonra öldürülüb. Rəsmilər məzarın iki həftə əvvəl şahidlər və Qəzzafinin sabiq rəsmilərinin sözlərinə əsasən aşkar edildiyini deyib.
Bu gün NATO-nun döyüş təyyarələri Qəzzafinin vətəni Sirt şəhərini bombardman edib. Qəzzafinin isə harada olduğu hələ də məlum deyil.