Accessibility links

MTN-nin 10-dək əməkdaşı barəsində həbs qətimkan tədbiri seçildiyi bildirilir


Həbs
Həbs

Oktyabrın 19-da Səbail Rayon Məhkəməsində Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 10-dək əməkdaşı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Report agentliyinin məlumatına görə, onlar barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

Haqqında həbs qətimkan tədbiri seçilən şəxslərin hamısının adı bəlli deyil.

Report agentliyi onlardan üç nəfərinin adını öyrənə bilib.Bunlar MTN-in Aparat rəhbəri Fərhad Vahabov, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Məmmədova və polkovnik Füzuli Ələsgərzadədir.

Bununla yanaşı, rəsmi qurumlar MTN-də aparılan yoxalamalar və həbslər barədə hər hansı açıqlama vermir.

Bir sıra yerli media orqanları MTN-də Baş Prokurur yanında Korrupsiayay qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının yoxlamalar apardığını yazır. Amma, bu məlumatlarla bağlı da Baş Prokurorluğun mətbuat xidməti hələ münasibət bildirməyib.

Xatırladaq ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov oktyabrın 17-də heç bir səbəb göstərilmədən vəzifəsindən azad edilib.

XS
SM
MD
LG