“Bölgədə gələcək üçün fürsətlərin olduğu qədər, problemlərin də olduğunu görürük. Bu problemlər bəzən fürsətləri kölgələyə bilir”.
APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ADA Universitetində çıxışı zamanı deyib. O bildirib ki, bölgədə daha böyük iş birliklərinə ehtiyac var:
Son 7-8 ildir Avropada tüğyan edən və siyasəti də kökündən sarsıdan iqtisadi böhranın təsirlərini hələ də yaşayırıq.
Mövlud Çavuşoğlu
“Son 7-8 ildir Avropada tüğyan edən və siyasəti də kökündən sarsıdan iqtisadi böhranın təsirlərini hələ də yaşayırıq. Belə bir mərhələdə Türkiyə və Azərbaycan fərqliliyi ortaya qoyub. Azərbaycanda bugünkü inkişafa baxanda hər sahədə inkişafın tək Bakı ilə məhdudlaşmadığını, bütün bölgə və rayonlara da təsir etdiyini görürük. Azərbaycanda yalnız neft və qaza əsaslanan iqtisadiyyatın olmadığını görürük. Neftin qiymətləri Azərbaycan iqtisadiyyatına da təsir edəcək, amma Azərbaycanın bunun qarşısını almaq üçün tədbirlər görəcəyinə əminik”.
Nazir dünyada baş verən mənfiliklərin sayının artdığını və “Ərəb baharı” baş verən bölgələrdə vəziyyətin daha da pisləşdiyini deyib:
Suriyada 12 milyon insan evini tərk etmək məcburiyyətində qalıb. Bunlardan 1,7 milyonu Türkiyədə yaşayır. İraqdan gələnlərlə birlikdə bunların sayı 2 milyondur.
Mövlud Çavuşoğlu
“Suriyada bu ölkəni idarə edə bilməyən bir rejim var. Suriyada baş verən bu boşluğu terror təşkilatları doldurdu. Dünya “İŞİD” problemi ilə üz-üzə qalıb və bunun öhdəsindən gəlməyin yollarını axtarır. Suriyada 12 milyon insan evini tərk etmək məcburiyyətində qalıb. Bunlardan 1,7 milyonu Türkiyədə yaşayır. İraqdan gələnlərlə birlikdə bunların sayı 2 milyondur. Düşərgələrdə yaşayanları hər şeylə təmin edə bilirik. Bunun üçün 5 milyard dollar civarında pul xərclədik. Beynəlxalq ictimaiyyət bizi dəstəkləyir, amma yardım göstərmir. İrqi, dini ayrı-seçkilik edirlər. Amma biz heç bir ayrı-seçkilik etmədik.
Biz bu günə qədər Suriyada döyüşdüyü üçün 11 min şəxsin ölkəyə girişinə qadağa qoyduq.
Mövlud Çavuşoğlu
“Terroru necə yenə bilərik, Suriyaya əmin-amanlığı necə gətirə bilərik” - deyə düşünürük, amma hələ ki vahid strateji plan yoxdur. Azərbaycanda, Ukraynanın şərqində də bunları yaşayırıq. İki dəfə atəşkəs razılaşmasının əldə olunmasına baxmayaraq, bu ərazidə atışmalar, insan ölümü davam edir. Başqa bir fenomen - xarici döyüşçü fenomeni ortaya çıxıb. Suriyada başqa yerlərdən, başqa dinlərdən adamlar var. Ukraynadan da xeyli xarici döyüşçü çıxıb. Bu müharibə dayandığı zaman həmin şəxslər ölkələrinə qayıtdıqda nə olacaq? Biz bu günə qədər Suriyada döyüşdüyü üçün 11 min şəxsin ölkəyə girişinə qadağa qoyduq.
Amma bir müddət sonra onlar yenidən gəlir. “Soyuq müharibə” dövrünün təsirlərini hiss etməyə başlayırıq. “Soyuq müharibə"nin bitmədiyini görürük. Ukrayna məsələsində Rusiyanı tənqid edə bilərik, amma Qərbi də 5 dəfə artıq tənqid edə bilərik. Belə davam etsə, məsələ tək Ukrayna və ya Gürcüstanla qalmayacaq. Rusiya ilə Qərb arasında “soyuq müharibə”nin təsirlərini bu gün Ukrayna hiss edir, sabah başqa ölkə hiss edə bilər”.