Türkiyə ordusu Osmanlı İmpertiyasının banisi Süleyman Şahın türbəsini mühafizə edən 40 əsgərləri evakuasiya etmək üçün dünən gecə yarısı Suriyada əməliyyat keçirib.
Türkiyə rəsmiləri tanklar və başqa ağır artileriyanın Suriyaya daxil olduğunu bildirib. Qoşun suriya kürdlərinin keçən ay İslam Dövləti yaraqlılarından geri aldığı Kobanidən keçərək Suriyaya daxil olub.
Rəsmilər deyir ki, missiya uğurla başa çatıb və əsgərlər Türkiyəyə geri qaytarılıb. Onlar hadisə zamanı bir əsgərin həlak olduğunu bildirib.
Suriyanın Hələb vilayətindən 35 kilometr aralıda yerləşən türbə 1921-ci il sazişinə əsasən Türkiyə ərazisi hesab edilir.
Rəsmi Dəməşq isə Türkiyə hərbi əməliyyatını kobud hərbi təcavüz adlandırıb.
Əhməd Davudoğlu əsgərlər iki eyni zamanda başlayan əməliyyat nəticəsində evakuasiya edilib: "Saat 9-da başlayan birinci əməliyyatda qoşunlar Suriyaya Mursipinar ərazisindən daxil olaraq Karakozak kəndinə istiqamət alıblar və Süleyman Şah türbəsinə çatmağa çalışıblar. Eyni vaxtda, saat 9:02-də başqa tank və qoşun qüvvələri Suriyaya Əsmə ərazisindən Suriya daxil olaraq müqəddəs Süleyman Şah türbəsinə çatıblar və 9:02-də Suriyanın bu ərazisində bayrağımızı qaldırıblar".
Xarici İşlər Nazirliyindən bir rəsmiyə istinad edən Suriyanın dövlət mətbuat agentliyi SANA bildirib ki, bu əməliyyat Ankaranın bölgədə fəaliyyət göstərən terror təşkilatları ilə yaxın əlaqələrini göstərir: "Bunu ərazidə bütün məscid, kilsə və türbələrin terrorçular tərəfindən məhv edildiyi təqdirdə bu türbənin heç bir ziyan görməməsi göstərir".
İslam Dövləti yaraqlılarının Türkiyə sərhədinin bir neçə kilometrliyində kürd qüvvələri ilə döyüşlər aparmasına baxmayaraq rəsmi Ankara müdafiə məqsədli hərbi mövqeni üstün tutaraq Suriyaya quru qüvvələri göndərməyib.