Accessibility links

Misirdə seçkilərin nəticələri bu gün açıqlanacaq


Misirdə seçkilərin nəticələri bu gün açıqlanacaq
Misirdə seçkilərin nəticələri bu gün açıqlanacaq

Misirdə ilkin parlament seçkilərinin son nəticəsinin bu gün açıqlanacağı gözlənilir.

Noyabrın 28-i və 29-da paytaxt Qahirə, İskəndəriyyə və digər 7 vilayətdə keçirilən seçkilərin nəticələrinin dünən açıqlanacağı bildirilirdi. Ancaq Misrin Əl-Əhram qəzetinin yazdığına görə, nəticələrin açıqlanması ölkədən xaricdə yaşayan misirlilərin səslərinin hesablanmaması səbəbilə gecikib.

Müsəlman Qardaşlarının Azadlıq və Ədalət Partiyası və daha mühafizəlar Əl-Nur Sələfi islamçı qrupu arasında birinci yer uğrunda güclü mübarizə gedir.

Bu, fevral ayında Hüsnü Mübarəkin istefasından sonra ölkədə parlamentin Aşağı Palatası üçün keçirilən ilk seçkilərdir. Qarşıdakı həftələrdə digət vilayətlərdə də iki mərhələdə seçkilərin baş tutacağı gözlənilir.

Daha sonra isə misirlilər Yuxarı Palataya üzvləri seçməyə çalışacaq. Proses mart ayınadək davam edəcək.

Bu həftənin əvvəli BMT baş katibi Ban Ki Mun misirliləri səsvermədə entusiastik iştiraka görə təbrik etmişdi.

XS
SM
MD
LG