Bu gün Müsavat Partiyasının mənzil-qərargahında Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) ilk sessiyası keçirilib. Müsavat Partiyasının başqanı İsa Qəmbərin sədrliyi ilə keçən iclasda DQMŞ-nin 128 üzvündən 77-i iştirak edib.
Sessiyada ölkədəki ictimai-siyasi vəziyyət, DQMŞ-də təşkilati strukturlaşması və cari məsələlər müzakirə edilib.
AXCP sədri Əli Kərimli ölkədəki ictimai-siyasi durumla bağlı geniş çıxış edib. O, Yeni Azərbaycan Partiyasının İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürməsinə diqqəti yönəldib. Ə.Kərimli bunu “qanunsuz və qeyri-demokratik addım” adlandırıb. Çünki onun fikrincə, 2009-cu ildə bir şəxsin prezidentliyə iki dəfədən artıq namizədliyinin irəli sürülməsinə məhdudiyyəti aradan qaldıran konstitusiya dəyişikliyi öncə seçilmiş prezidentə aid edilə bilməz. İ.Əliyevin prezident postuna seçilmək üzrə ikiqat limiti bitib.
Ə.Kərimli İ.Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyinin irəli sürülməsini “Azərbaycan xalqına hörmətsizlik” hesab edir. “Belə çıxır ki, bir ailənin üzvlərindən başqa heç kim Azərbaycanın prezidenti ola bilməz. Azərbaycan xalqının prezidentliyə digər çoxlu layiqli namizədləri var”, - o bildirib.
Sonra o, diqqəti DQMŞ ilə beynəlxalq strukturlarla münasibətlərinin qurulmasına yönəldib. Qeyd edib ki, İ.Əliyevin Brüsselə səfəri ərəfəsində Avropa Parlamenti Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı kəskin qətnamə qəbul edib. Eyni zamanda AŞPA, ATƏT PA kim digər beynəlxalq qurumlar Azərbaycan xalqının inamını itiriblər.
Bu baxımdan Ə.Kərimli “hər zaman azərbaycanlı demokratların yanında olan” beynəlxalq təşkilatlarla, o cümlədən hüquq-müdafiə strukturları ilə aktiv əməkdaşlıq təklif edib. Eyni zamanda, dünya ictimaiyyəti insan haqlarının pozulması ilə bağlı konformist mövqe tutan beynəlxalq qurumlar və siyasətçilər barədə məlumatlandırılmalıdır.
Ə.Kərimli xarici ölkələrə səfərlər və Milli Şuranın məqsədləri barədə bilginin yayılması üçün DQMŞ işçi qrupunun yaradılmasını təklif edib. Sonra o, DQMŞ-nin vahid seçkiqabağı platformasının hazırlanmasının və prezidentliyə vahid namizədin irəli sürülməsinin vacibliyini vurğulayıb.
Ə.Kərimli həmçinin əhali arasında DQMŞ üzvlərinin işinin vacibliyini qeyd edib. Onun fikrincə, əhali arasında vətəndaş fəallığının artırılması üçün kütləvi etiraz aksiyalarını bərpa etmək lazımdır.
AXCP sədri bütün siyasi məhbusların azadlığa buraxılması uğrunda mübarizə və bu sahədə pərakəndəliyə son qoymaq üçün səylərin birləşdirilməsinə çağırıb.
Ə.Kərimlinin çıxışı digər iştirakçılar tərəfindən də dəstəklənib. Vahid namizədin irəli sürülməsi prosesinin sürətləndirilməsinin vacibliyi qeyd olunub.
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər DQMŞ-nin hər hansı xarici qüvvəyə xidmət etməməsi barədə əhalinin məlumatlandırılmasını vacib sayıb. O həmçinin DQMŞ Mitinq və Seçki komitələrinin yaradılmasını təklif edib.
Xatırladaq ki, ötən gün DQMŞ rəhbəri Rüstəm İbrahimbəyov xaricdən Şuranın iştirakçılarına müraciət göndərərək gələcək fəaliyyət planını açıqlayıb. Sessiya iştirakçıları R.İbrahimbəyovun təkliflərini dəstəkləyiblər.
DQMŞ-nin sessiyasında “Keçid dövrü və prezidentliyə vahid namizədin öhdəlikləri barədə” sənədin hazırlanması üzrə işçi qrupu yaradılıb. Hüquqşünas Ənnağı Hacıbəyli qrupun rəhbəri təyin edilib.
O qeyd edib ki, vahid namizəd qanunvericiliyin aşağıdakı tələblərinə cavab verməlidir: Azərbaycan vətəndaşı olmalı, Azərbaycanda yaşamalı, digər ölkələr qarşısında öhdəliyi olmamalıdır.
Eyni zamanda DQMŞ-nin komitələri barədə məsələnin həlli növbəti iclasa keçirilib. Bu, onunla əlaqədardır ki, ilkin olaraq DQMŞ-nin çoxsaylı komitəsinin yaradılması təklif olunmuşdu. Lakin Şura üzvlərinin bir çoxu bildirib ki, əsas fəaliyyətin bir neçə istiqaməti üzrə cəmləşdirmək üçün komitələrin sayını azaltmaq lazımdır.
Bundan əlavə, Müsavat Partiyasının lideri İsa Qəmbər bildirib ki, DQMŞ üzvləri eks-prezident Əbülfəz Elçibəyin anım gecəsinə dəvətlidirlər. Ə.Elçibəyin anadan olmasının 75 illiyi ilə bağlı tədbir iyunun 23-də Mahnı Teatrında olacaq. İyunun 24-də saat 11:00-da onun məzarı ziyarət ediləcək və saat 14:00-da Müsavat Partiyasının ofisində konfrans keçiriləcək.
Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov Amerikanın Səsinə müsahibəsində bildirib ki, MŞ-nin sədri Rüstəm İbrahimbəyov bu yaxınlarda Brüsselə və Türkiyəyə səfər edəcək O bu səfərlərdən sonra ölkəyə dönəcək.
"Rüstəm İbrahimbəyov keçid hökuməti ilə bağlı təkilflərlə çıxış edib. O həm də bildirib ki, vahid namizəd ölkədə olmalıdır", Namazov qeyd edib.