Accessibility links

Məhkəmə Bəxtiyar Hacıyev barəsində hökmü qüvvədə saxlayıb


Məhkəmə Bəxtiyar Hacıyev barəsində hökmü qüvvədə saxlayıb
Məhkəmə Bəxtiyar Hacıyev barəsində hökmü qüvvədə saxlayıb

Bəxtiyar Hacıyev bu il mayın 18-də Cinayət Məcəlləsinin hərbi çağırışdan yayınma maddəsi ilə məhkum olunub. Yerli və beynəlxalq ictimaiyyət onu siyasi məhbus sayır. Amerika Dövlət katibi Hillari Klinton Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı Bəxtiyar Hacıyevin məsələsinə toxunub.

Azərbaycanın Gəncə şəhər Apellyasiya Məhkəməsi gənc fəal Bəxtiyar Hacıyevin 2 il azadlıqdan məhrum olunması barədə hökmü qüvvədə saxlayıb.

Bəxtiyar Hacıyev bu il mayın 18-də Cinayət Məcəlləsinin hərbi çağırışdan yayınma maddəsi ilə məhkum olunub. Yerli və beynəlxalq ictimaiyyət onu siyasi məhbus sayır. Amerika Dövlət katibi Hillari Klinton Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı Bəxtiyar Hacıyevin məsələsinə toxunub.

Hüquq müdafiəçilərinin fikrincə, cənab Hacıyevin həbsinin əsl səbəbi bu ilin mart-aprel aylarında gəncləri İctimai Palatanın etiraz aksiyalarında iştiraka çağırmasıdır.

Vəkil İntiqam Əliyevin sözlərinə görə, müdafiə tərəfi Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini, onun zaminə buraxılması barədə vəsatət qaldırıb. Amma, məhkəmə vəsatəti təmin etməyib.

Vəkillər Hacıyevə qarşı edilmiş pis rəftarla bağlı araşdırılma aparılması məsələsini də məhkəmə qarşısında qaldırıb, lakin bu vəsatət də təmin olunmayıb.

Dövlət ittihamçısı Bəxtiyar Hacıyevin 2 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmün qüvvədə saxlanmasını istəyib. Məhkəmə də dövlət ittihamçısının dediyi kimi hokum qüvvədə saxlayıb.

Cənab Hacıyev son sözdən imtina edib: “Bu gün məhkəmədə Azərbaycan gəncliyi mühakimə olunur. Öz gənclərinə qarşı hökm çıxaran ölkənin gələcəyi yoxdur”, - deyə o məhkəmə heyətinə etirazını bildirib.

Bəxtiyar Hacıyev Harvard Universitetinin magistridir. O 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olub. Aktiv seçki təbliğatı aparıb və hazırki iqtidarın siyasətini kəskin tənqid edib. O həmçinin seçki saxtakarlıqları ilə bağlı video görüntüləri sosial şəbəkələrdə yerləşdirib. Bəxtiyar Hacıyev eyni zamanda gənclərin martın 11-də iqtidarın siyasətinə qaşı Facebook sosial şəbəkəsində təşkil etdiyi virtual etiraz aksiyasının təşəbbüsçülərindən biri olub. Virtual aksiyadan 7 gün sonra onun barəsində həbs qəti imkan tədbiri seçilib.

XS
SM
MD
LG