Accessibility links

Facebook fəalı 5 il azadlıqdan məhrum edilib


Ömər Məmmədov
Ömər Məmmədov

Müdafiəçiləri Ömər Məmmədovun ictimai-siyasi fəaliyyətinə görə tutulduğunu bildirir

İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrlyi ilə Facebook fəalı Ömər Məmmədova hökm oxunub.

Məhkəmənin hökmü ilə Ömər Məmmədov 5 il azadlıqdan məhrum edilib.Ö.Məmmədov Vətəndaş Həmrəyliyi Partiyasının və NİDA Vətəndaş Hərəkatının üzvüdür.

Ömər Məmmədov 2014-cü il yanvarın 24-də həbs olunub.

İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb.

Müdafiəçiləri Ömər Məmmədovun ictimai-siyasi fəaliyyətinə görə tutulduğunu bildirir.

19 yaşlı Ömər Məmmədov Axın Gənclər Hərəkatının rəhbəri və Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Həbsindən sonra o, NİDA Hərəkatına qoşulub.

Məmmədov fəal bloger və facebookda Azərbaycan hakimiyyətinin nöqsanlarını ələ salan karikaturalar, kollajlar və şərhlər yerləşdirilən AzTV-dən seçmələr səhifəsinin administratorlarından biri idi.

XS
SM
MD
LG