Fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Cavid Hüseynovun sədrliyi ilə NİDA hərəkatının 7 fəalının və “Azad Gənclik” təşkilatının rəhbəri İlkin Rüstəmzadənin işi üzrə proses davam edib.
Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, fevralın 20-də iki şahidin, - Anar Abbasovun və Tofiq Əsədovun məcburi gətirilməsi barədə qərar çıxarsa da, hər iki şahidin bu gün hüquq-mühafizə orqanları tərəfindən məhkəməyə gətrilməsi təmin olunmayıb.
Vəkil qeyd edib ki, hər iki şəxs iş üzrə əsas şahidlər sayılır. Çünki bu şahidlərdən biri, - Anar Abbasov keçmiş NİDA-çıdır və onların əleyhinə ifadə verib.
“Digr şahidlər barəsində isə müvafiq orqanlara sorğu göndərilsə də, hələ də bir cavab yoxdur”, deyə vəkil qeyd edib.
Şahidin gətirilməməsi zaldakıların, valideynlərin etirazına səbəb olduğunu deyən Nemət Kərimli NİDA-çılar məhkəmənin prosesi uzatdığını vurğulayıblar.
Bundan sonra hakim əlavə vəsatətləri dinləməyə hazır olduğunu bildirib.
Vəkil Nemət Kərimli Şahin Novruzlunun evində axtarış aparılarkən 2 hal şahidinin dindirilmədiyini qeyd edib. Vəkil həmin hal şahidlərinin məhkəməyə gətirilməsinə dair vəsatət qaldırıb.
Eyni zamanda Vəkil Əsabəli Mustafayev təqsirləndirilən Rəşad Həsənovun evində axtarış aparılarkən hal şahidi və MTN əməkdaşının dindirilməsi, MTN-dən əməliyyata kimin rəhbərlik etməsinə dair sorğu göndərilməsi, əlavə sübutlar təqdim olunması barədə vəsatət qaldırıb.
Hakim vəsatətlərin baxılmasını fevralın 27-nə təyin edib.
İttiham aktına görə gənclər martın 10-da Bakıda kütləvi aksiya zamanı "Molotov kokteyli"ndən istifadəyə hazırlaşıblar.
"Azad Gənclik" Təşkilatının sədri İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.
Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu deyirlər.
"Amnesty İnternational" beynəlxalq insan hüquqları təşkilatı onları vicdan məhbusu elan edib.