Accessibility links

NIDA-çıların məhkəməsi təxirə salınıb


Məhkəmə prosesi hava şəraitinin pis olmasından təxirə salınıb və dekabrın 18-də davam etdiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının və Azad Gənclik Hərəkatının üzvlərinin dekabrın 12-nə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

Prosesin təxirə salınmasına hava şəraitinin pis olması səbəb olub.

Məhkəmə dekabrın 18-də davam etdiriləcək.

NİDAçılar martın 10-da Bakıda Fəvvarələr Meydanında kütləvi iğtişaşlar hazırlamaqda ittiham olunurlar. Bundan əlavə, onlara qarşı qanunsuz silah və narkotik maddə saxlamaq, xuliqanlıq ittihamları irəli sürülüb.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty İnternational» müttəhimləri «vicdan məhbusu» elan edib.
XS
SM
MD
LG