Accessibility links

Məhəmməd Rəhmanifər: İrqçi ‘İranşəhri düşüncəsi’ İran hakimiyyəti tərəfindən dəstəklənir


Son vaxtlar böyük İran ideyasını təbliğ edən “İranşəhri düşüncəsi”-nin tərəfdarları davamlı şəkildə İran mediası və sosial şəbəkələrin gündəmində yer alır.

Yazar və mədəni fəal Məhəmməd Rəhmanifər Amerikanın Səsi ilə söhbətdə “İranşərhri” düşüncəsinin mahiyyəti və ortaya çıxan mübahisələr haqqında danışıb.

İranşəhri düşüncəsi bir siyasi layihədir ki, əski tarixə arxalanır. Özü də selektiv şəkildə istədikləri tarixi dövrləri seçib çıxarırlar. Gündəmə gətirdikləri məsələlərdən biri böyük İran məsələsidir. Ekspansionist bir baxış.

Rəhmanifərin sözlərində görə, “bunlar çalışır ki, bunu bir fəlsəfi düşüncə kimi təqdim etsinlər. Amma İranşəhri düşüncəsi bir siyasi layihədir ki, əski tarixə arxalanır. Özü də selektiv şəkildə istədikləri tarixi dövrləri seçib çıxarırlar. Tez-tez gündəmə gətirdikləri məsələlərdən biri, o cümlədən böyük İran məsələsidir. Yəni genişləndirici (ekspansionist) bir baxış olur.”

Keçən həftələrdə Şərqi Azərbaycan vilayətinin sabiq valisi və Təbrizin hazırkı millət vəkili Əhməd Əlirza Beyginin ‘İranşəhri düşüncəsi’ ilə bağlı açıqlamaları bu barədə mübahisələrin yenidən artmasına səbəb oldu. Mühafizəkar millət vəkili “İranşəhri düşüncəsinin irqçilik olduğunu” vurğulamışdı.

Rəhmanifər hesab edir ki, Əlirza Beygi İranşəhri məsələsini gündəmə gətirərək xüsusilə Qarabağa dəstək mitinqlərindən sonra İran Azərbaycanında gündəmi dəyişdirmək istədi.

“Onun vali olduğu dönəmdə də İranşəhrçilər Təbrizdə himayə olunurdu. Hakimiyyət tərəfindən dəstəklənirdilər. Türkçülər və hətta onlar ki sadəcə ana dillərində təhsil tələb edirdi, ağır basqılara uğrayırdılar,” mədəni fəal söyləyir.

Başqa bir məsələ, son vaxtlar Azərbaycanın gündəmi Qarabağ məsələsidir. Əhali küçələrə çıxdı. Millət vəkili İranşəhri məsələsi ilə bu gündəmi dəyişdirmək istədi.


Məhəmməd Rəhmanifərin sözlərinə görə, mühafizəkar siyasətçilər İranşəhri düşüncəsinin tərəfdarlarına qarşı açıqlamalar verərək həmçinin öz siyasi maraqlarını təmin etməyə çalışırlar:

“Əlirza Beyginin İranşəhri düşüncəsinə qarşı bu sözləri deməsi tam bir siyasi oyundur. O, mühafizəkar bir siyasətçidir... Elə bu önümüzdəki seçkilərdə Güney Azərbaycanda mühafizəkar qanada səs qazanmaq üçün yəni ki, baxın biz İranşəhri düşüncəsinə qarşı dururuq. Başqa bir məsələ son vaxtlar Azərbaycanın gündəmi Qarabağ məsələsidir. Əhali küçələrə çıxdı. Əlirza Beygi bu gündəmi dəyişdirmək istədi.”

Rəhmanifər əlavə edir ki, “bunlar belə göstərməyə çalışır ki, İran hakimiyyəti irqçi İranşəhri düşüncəsinə qarşıdır və onu dəstəkləmir. Amma həqiqət budur ki, İranşəhri düşüncəsi İranın rəsmi hakimiyyətinin sümüyünə və iliyinədək gedib oturub. Özünə yer açıb. Bunu həm mühafizəkarlarda görürük həm də islahatçılarda.”

XS
SM
MD
LG