Accessibility links

Təbrizdə keçirilən aksiyada İran-Ermənistan sərhəd məntəqəsinin qapadılması tələb edilib


Təbriz - 18 oktyabr 2020
Təbriz - 18 oktyabr 2020

İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə Qarabağa dəstək mitinqləri ilə əlaqədar yeni həbslər baş verib. Təbrizdə bazar günü axşam saat 5 radələrində başlanan aksiya polisin sərt müdaxiləsinə rəğmən gecə saatlarına qədər davam edib.

Təbrizdə “gəl qardaşım meydana, silah gedir İrəvana, Azərbaycan yan-yana, Nurduz gərək bağlana” şüarı səsləndirən aksiya iştirakçıları İran və Ermənistan arasındakı Nurduz sərhəd-keçid məntəqəsinin qapadılmasını tələb edib.

Sosial şəbəkələrdə paylaşılan görüntülərə istinadən, aksiyada həmçinin “Qarabağ bizimdir, bizim olacaq”, “Ermənistana himayət, cinayətdir, cinayət” və “Təbriz, Bakı, Ankara, Salam olsun Turana!” kimi şüarlar səsləndirilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, oktyabrın 17 və 18-də Qarabağa dəstək mitinqlərinə çağırış edən bir çox türk fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb. Bəzi vətəndaşlar isə mitinq zamanı saxlanılıb.

İran Azərbaycanında fəaliyyət göstərən hüquq müdafiəçiləri keçən iki günün ərzində Təbriz, Meşginşəhr və Muğan kimi bölgələrdə saxlanılan fəallardan bir neçəsinin adlarını dəqiqləşdirib.

Nəzarət altına alınanlardan indiyə qədər Rəsul Rəzəvi, Əkbər Mühaciri, Hüseyn Muhəmmədiyan, Rza Zarei, Aydın Zakiri, İffət Nikbəxt və Rza Seyidnuri kimi vətəndaşların adları məlum olub.

Təbrizdə bir parkda toplaşan gənclər saxlanılan türk fəallara azadlıq tələb edir
Təbrizdə bir parkda toplaşan gənclər saxlanılan türk fəallara azadlıq tələb edir

Sentyabrın 29-dan bəri İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar ən azı 200 nəfər nəzarət altına alınıb. Keçən günlərdə Ərdəbildən Amerikanın Səsinə danışan türk fəal Araz Süleymani tutulanlardan 100-dən artıq nəfərin adlarının dəqiqləşdirildiyini qeyd etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG