Accessibility links

Media maqnatı ətrafında skandal böyüyür


Media maqnatı ətrafında skandal böyüyür
Media maqnatı ətrafında skandal böyüyür

Milyarder Rupert Murdoch-un qlobal media imperiyasının aparıcı nümayəndələrindən biri Britaniya xəbər şirkətinin rəhbərliyindən istefa verib. Son istefa telfon dinlənməsi və polisə rüşvət verilməsi barədə baş qaldıran skandalın nəticəsidir.

Rebekah Brooks News International şirkətinin rəhbəri vəzifəsindən istefa verdiyni açıqlayıb. Bu şirkət Murdoch-un Xəbər Korporasiyasının filialıdır. Brooks skandalın mərkəzində dayanan News of the World qəzetinin redaktoru idi.

Ötən həftə qəzet işçilərinin özəl vətəndaşların, o cümlədən qətlə yetirilmiş yeniyetmə və ölü əsgərlərin ailə üzvlərinin telefonlarını dinləməsi haqda məlumatlar üzə çıxdıqdan sonra Murdoch News of the World dərgisini qapatdı.

Rebekah Brooks-u vəzifədə Xəbər Korporasiyasına məxsus Sky Italia telekanlının rəhbəri Tom Mockridge əvəzləyəcək.

XS
SM
MD
LG