Accessibility links

Britaniyanın Baş naziri telefon danışıqlarının dinlənilməsilə əlaqədar qalmaqala görə Afrika səfərini yarımçıq qoyub


Britaniyanın Baş naziri telefon danışıqlarının dinlənilməsilə əlaqədar qalmaqala görə Afrika səfərini yarımçıq qoyub
Britaniyanın Baş naziri telefon danışıqlarının dinlənilməsilə əlaqədar qalmaqala görə Afrika səfərini yarımçıq qoyub

Britaniyanın Baş naziri Deyvid Kameron Afrikaya səfərini yarımçıq qoyaraq, telefon dinləmələri ilə bağlı qalmaqala görə çərşənbə günü Londona qayıdır.

Çərşənbə axşamı altı həftəlik tətilə çıxmağa hazırlaşan parlament çərşənbə günü xüsusi iclas keçirməyi planlaşdırır.

Londonun polis idarəsinin başçısı polisin artıq bağlanmış News of the World qəzetinin jurnalistlərinin telefon danışıqlarını dinləməsi ilə əlaqədar təhqiqatla bağlı istefa verib. Pol Stivenson jurnalistlərə yanlış bir iş görmədiyini deyib.

Britaniya polisi News of the World qəzetinin jurnalistlərindən rüşvət almaqda və telefon danışıqlarının dinlənilməsi iddiaları ilə bağlı kifayət qədər iş görməməkdə ittiham edilir. News of the World qəzeti müxbirlərin qeyri-qanuni olaraq yüzlərlə məşhur adam, siyasətçi və rəqib jurnalistin cib telefonlarının səsli mesajlarına daxil olması ilə bağlı iddialara görə keçən həftə bağlanmışdı. Müxbirlər həmçinin informasiya almaq üçün polisə rülvət verməkdə günahlandırılır.

Bazar günü polis News of the World qəzetinin baş redaktoru Rebekka Bruksu həbs edib.Bir neçə saat sonra o zaminə buraxılmışdır. Bruks qalmaqalla əlaqədar həbs edilmiş 10-cu adamdır.

XS
SM
MD
LG