Accessibility links

Meydan TV-nin əməkdaşları vergi yoxlamasına cəlb olunub


Meydan TV
Meydan TV

Meydan TV ilə əməkdaşlıq edən jurnalistlər vergi yoxlamasına cəlb olunublar.

Meydan.tv saytı bildirir ki, oktyabrın 21-də jurnalistlər Aynur Elgünəş və Aytən Fərhadova Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə dəvət olunublar. Jurnalistlərin Meydan TV-yə verdiyi məlumata görə, onlara vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə verilib. Sənədə əsasən jurnalistlər 15 gün müddətinə 2012-2015-ci illərdə göstərdikləri fəaliyyətlə bağlı bütün sənədləri təqdim etməlidirlər.

Jurnalistlərə bildirilib ki, 23 sentyabr 2015-ci ildə Nəsimi rayon Məhkəməsi Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin Kriminalistika şöbəsinin rəhbəri Pərviz İbayevin təqdimatı əsasında belə bir qərar verib. İstintaq İdarəsi hesab edir ki, Meydan TV "Qrant haqqında" qanunun tələblərini pozub və bu media qurumu ilə əməkdaşlıq edən jurnalistlər qeyri-qanuni yolla gəlir əldə edərək vergidən yayınıblar. Ona görə də istintaq araşdırmasına ehtiyac var.

Vergi yoxlamasına əsasən fiziki şəxs kimi vergi uçotunda olan (VÖEN-i olan) jurnalistlər cəlb olunublar.

XS
SM
MD
LG