18 may tarixində Azərbaycanda xüsusi karantin rejimi yumşaldılıb
18 may tarixindən Azərbaycanda xüsusi karantin rejimi yumşaldılıb. Həmçinin yaşayış yerini SMS icazəsi ilə tərk etmək sistemi və işdən arayış tələb edilməsi ləğv edilib. Bura 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağanın götürülməsi, bulvar və parklara girişin bərpası, muzey və sərgi zallarının fəaliyyəti, həmçinin restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət daxildir. Lakin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşerona giriş və çıxışlar bağlıdır. Toy və yas mərasimləri, mədəni və əyləncəli tədbirlər hələ də qadağandır, idman zalları və ticarət mərkəzləri də açılmayıb. Ölkədə yeni yoluxma hallarının sayı isə yüksək olaraq qalır. Azərbaycanda bu günə qədər koronavirusa 3518 nəfər yoluxub, onlardan 2198 nəfər sağalıb, Ölənlərin sayı - 41 nəfərdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah öz açıqlamasında bildirib ki, yoluxma dinamikası və xəstəliklə bağlı ölkədəki vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.
Episodes
-
Yanvar 14, 2025
Ukraynada müharibə dövründə teatr sənətində yaşanan çətinliiklər
-
Yanvar 14, 2025
Böyük Texnologiyalar üçün Trampın seçimi kimdir
-
Yanvar 13, 2025
Gənc güləşçilərin müharibə dövründə qazandığı uğurlar
-
Yanvar 13, 2025
Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrum edilib