Fransanın Müdafiə naziri Jan İv Le Driyan Malidə müdaxilənin müvəffəqiyyətlə başa çatdığını deyib, lakin ölkədə döyüşən tərəflərin ölkənin stabilliyi üçün barışığa çağırıb.
Malinin keçid hökumətinin prezidenti isə islamçılarla danışıqların mümkün olmadığını deyib.
Fransa radiosuna müsahibə verən Dionkunda Traore bildirib ki, keçən həftəyə kimi ölkənin şimalına nəzarət edən islamçıların dialoq aparmağa haqqı yoxdur. Lakin o, eyni zamanda, əlavə edib ki, onun höküməti etnik tuareqlərin separatçı MNLA qrupu ilə danışıqlar apara bilər.
Fransa radiosuna ayrı bir müsahibədə müdafiə naziri Can İv Le Driyan bildirib ki, Fransa hərbi qüvvələri prezident Fransua Hollandın militantların cənuba doğru hərəkətini dayandırmaq hədəfinə nail olub.
O deyib ki, Fransa Mali və Afrika hərbi qüvvələri ilə ölkədə özünüidarəçilik və ərazi bütövlüyünün bərpası istiqamətində birgə iş aparır və bu proses gözlənidiyindən daha sürətlə gedir.
Cənab Le Driyan əlavə edib ki, Malililər barışıq prosesi üçün yol tapmalıdır və ölkənin təhlükəsizliyi hələ tam təmin olunmayıb.
MNLA keçən yanvar ayında muxtariyyət uğrunda ölkənin şimalında üsyana başlamışdı. Ancaq daha sonra Bamakoda hökümətin devrilməsinin ardınca ərazinin nəzarətini ələ keçirmək üçün islamçı qruplara qoşulmuşdu. İslamçılar daha sonra tuareqlərdən ayrılaraq islam qanunlarını tətbiqi etmişlər.
Fransa qüvvələrinin çərşənbə günü Əl-Qaidə ilə əlaqəsi olan yaraqlı qrupların səhra bölgələrinə qaçmasından sonra Malinin şimalındakı üç strateji əhəmiyyətli şəhərin nəzarətini ələ keçirdiyi bildirilir.