Accessibility links

Macarıstan Avropa İttifaqının tələblərinə boyun əydi


Macarıstan Avropa İttifaqının tələblərinə boyun əydi
Macarıstan Avropa İttifaqının tələblərinə boyun əydi

Macarıstan Avropa İttifaqının tələblərinə boyun əyərək mərkəzi bankın, ədliyyənin və medianın müstəqilliyini sual altına alan qanunları dəyişib.

Macarıstanın Aİ ilə mübahisəsi Şərqi Avropa dövlətinin ittifaqdan və Beynəlxalq Valyuta Fondundan 25 milyard dollar kredit almasını təhlükə altına qoymuşdu.

Amma baş nazir Viktor Orban deyib ki, gələn həftə Brüsseldə Avropa Komissiyasının prezidenti Hose Manuel Barroso ilə görüşdə razılıq əldə ediləcəyinə nikbindir. Cənab Orban ortada problem görmədiyini bildirib.

Macarıstan mərkəzi bankı ilə maliyyə nizamlayıcı institutunun birləşdirilməsi, hakimlərin pensiya yaşı və məlumat toplayan idarənin müstəqilliyi başlıca ixtilaf nöqtələri olub.

XS
SM
MD
LG