Accessibility links

ABŞ-Avropa: XXI əsrin müdafiə strategiyası


ABŞ-Avropa: XXI əsrin müdafiə strategiyası
ABŞ-Avropa: XXI əsrin müdafiə strategiyası

ABŞ prezidenti Barak Obama bu yaxınlarda XXI əsrdə müdafiə strategiyasını açıqlayıb. Burada 10 illik müharibəyə son qoyduğu və ağır büdcə vəziyyəti ilə üzləşdiyi bir vaxt AŞB-ın maraqları önə çəkilib. Amerikanın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin müavini Filip Qordon deyib ki, yeni strategiya ABŞ-ın Avropanın təhlükəsizliyi, NATO və Avropadakı tərəfdaşları ilə sıx əməkdaşlığa sadiq qalacağına sübutdur.

Transatlantik münasibətlər gözlənilməzliklərlə dolu bu dünyada sabitliyin əsasını təşkil edir. Avropa ABŞ-ın qlobal və iqtisadi təhlükəsizlik sahəsində ən yaxın partnyorudur. XX əsrdə müdafiə strategiyası Amerikanın NATO-nun 5 saylı kollektiv müdafiə qətnaməsinin şərtlərinə əməl edəcəyini təminat altına alıb. Amerika Avropa ilə birgə qlobal problemlərin həllinə çalışacaq. Bu sahədə əməkdaşlığın dərinləşdirilməsinin konkret ölçüsü Avropada raketlərdən müdafiə sisteminin, regionda xüsusi təyinatlı qüvvələrin yerləşdirilməsi və təlimlər məqsədi ilə Polşaya aviasiya heyətinin göndərilməsi olacaq.

Ötən il ABŞ və Avropa Liviyadan Əfqanıstana, Kosovodan Afrika buynuzunadək problemlərin həllində partnyorluq nümayiş etdirib. Amerika və Avropa ballistik raketlər, kütləvi qırğın və nüvə silahlarınının yayılmaması yönümündə əməkdaşlıq edir. Onlar Yaxın Şərq və Şimali Afrikada iqtisadi və siyasi dəyişikliklərə dəstək verib, Suriyada Əsədin öz xalqına qarşı zorakılıqlarını dayandırması üçün təzyiqlər göstərib.

May ayında ABŞ prezidenti NATO-nun Çikaqoda keçiriləcək təhlükəsizlik sammitinə ev sahibliyi edəcək. XXI əsrin təhlükəsizlik sammitində alyans üzvləri əsasən üç məsələyə diqqət yetirəcək. Birincisi, Əfqanıstanda keçid prorosesi və NATO-nun 2014-cü ildən sonra o ölkədəki rolu, ikincisi, büdcə problemlərinə baxmayaraq, alyansın təhlükəsizliyin təminat altına alınmasında qabiliyyətini saxlaması, üçüncüsü, NATO-nun dünya ölkələri ilə partnyorluğunun dərinləşdirilməsi.

XS
SM
MD
LG