Linkoln şəhəri
US101 magistral yolu boyu üzü şimala getdikcə daşlı-qayalı liman şəhərləri seyrəkləşir, əvəzini isə uzun çimərliklərə sahib şəhərlərə buraxır. Bunlardan biri də səfərimizin 4-cü günündə dayanıb, kəşf etdiyimiz Linkoln şəhəridir. 1967-ci ildə 4 qəsəbənin bir araya gəlməsi nəticəsində yaradılmış bu şəhər uzun qumlu çimərliklərə, sörfçülər üçün ideal dalğalara və çərpələng uçuranlar üçün isə ideal küləyə sahib turistik şəhərdir. Şəhəri yaddaqalan və məşhur edən səbəblərdən biri də “dünyanın ən qısa çayı” statusuna malik olmaq uğrunda Montanadan olan bir müəllimlə illərdir apardığı gülməli mübarizədir.
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib