İranlı kürd rejissor və tanınmış kukla teatrı ustadı Behruz Qəribpurun rəhbərliyi ilə Tehranın Firdovsi zalında türk dilində səhnəyə çıxmış “Leyli və Məcnun” kukla operası İran mediasının gündəmini qazanıb.
İSNA xəbər agentliyi əsərin may ayının 7-ə qədər səhnədə olacağını bildirir. Rejissor operanın tamaşıçıların diqqətini cəlb etdiyini dilə gətirsə də əsərin Azərbaycan xalqı və türk əhali, habelə azərbaycanlı millət vəkilləri və vilayət məsulları tərəfindən yaxşı qarşılanmadığı üzündən narahat olduğunu qeyd edib.
“Mən özüm kürdəm və türkcə opera səhnəyə çıxarmışam. Əminəm səhnədə kürdcə opera olsaydı, biz gözləmə salonuna oturanlar üçün də qapalı dövrə televiziya yerləşdirməli olardıq,” deyə Behruz Qəribpur Salam Nəmin veb səhifəsi ilə müsahibədə gileylərini ifadə edib.
Operanın Təbriz, Urmiyə və Ərdəbil kimi şəhərlərdə də səhnəyə çıxarılacağına ümid edən tanınmış rejissor bu günə qədər bu şəhərlərin məsullarının bu sahədə heç bir addım atmadığını bildirib.
Azərbaycan mədəniyyəti və musiqisi, eləcə də türk dilinin güclü və zəngin olduğunu vurğulayan cənab Qəribpur İranda bu musiqiyə yetərincə sahib çıxılmadığını bəyan edib.
“Təəssüf ki, bu xalqın musiqisinə daha az diqqət göstərilib. Mən ümid edirəm ki, türk vətəndaşlar və Azərbaycan xalqı bu operaya tamaşa etməklə öz ana dillərinin nə qədər güclü olduğunu görüb və fəxr etsinlər,” deyə o, azərbaycanlıları Firdovsi zalına dəvət edib.
İSNA xəbər agentliyinə istinadən, operanın tamaşaçılarına həmçinin Leyli və Məcnun operası ilə bağlı məlumat, o cümlədən, operanın türkcə və farsca mətnini ehtiva edən DVD də verilir.
İSNA xəbər agentliyi əsərin may ayının 7-ə qədər səhnədə olacağını bildirir. Rejissor operanın tamaşıçıların diqqətini cəlb etdiyini dilə gətirsə də əsərin Azərbaycan xalqı və türk əhali, habelə azərbaycanlı millət vəkilləri və vilayət məsulları tərəfindən yaxşı qarşılanmadığı üzündən narahat olduğunu qeyd edib.
Mən ümid edirəm ki türk vətəndaşlar və Azərbaycan xalqı bu operanı tamaşa etməklə öz ana dillərinin nə qədər güclü olduğunu görüb və fəxr etsinlər.