Accessibility links

Leyla və Arif Yunuslar barəsində məhkəmə hökmü kəskin tənqidlər doğurub (yerli və beynəlxalq reaksiyalar)


Arif və Leyla Yunus
Arif və Leyla Yunus

Hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü beynəlxalq və yerli ictimaiyyətin kəskin tənqidi ilə qarşılanıb. Bu gün məhkəmə Leyla Yunusa 8 il 6 ay, Arif Yunusa 7 il həbs hökmü çıxarıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Facebook səhifəsində yazır ki, məhkəmə şousu başa çatıb.

Əminəm ki, hökumətin Yunusları həbsdə öldürmək arzuları baş tutmayacaq. Azərbaycan cəmiyyətini susdurmaq mümkün olmayacaq. Leyla xanım da, Arif bəy də, digər siyasi məhbuslar da azadlığa çıxacaq. Bu qaranlıq illərin acı xatirələrini bir az qüssə, bir az da qürurla gələcək nəsillərə xatirə kimi danışacaqlar.

Əli Kərimli

“Leyla Yunus 8 il yarım, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edildi. Sifariş yerinə yetirildi. Hər ikisinin çox ağır xəstə olduğunu nəzərə alsaq, bu hökmlər elə ölüm hökmü və ya ömrlük azadlıqdan məhrumetmə kimi də qiymətləndirilə bilər. Hakimiyyət bu cəsarətli hüquq müdafiəçisinə və onun həyat yoldaşına o qədər acıqlı idi ki, məhkəməni başdansovdu, yarımqapalı keçirdilər. Hökmü sifarişlə yerinə yetirdiklərini heç gizlətmədilər. Belə görünür ki, dünyada rüsvay olmaq, imic haqda qayğı da yaddan çıxmışdı.

Başlarını elə itirdilər ki, sosial şəbəkələrdəki agentura şəbəkəsini də pis vəziyyətə qoydular. Bir il ərzində boğazlarını yırtıb, Yunusların vətənə xəyanətindən dəm vuranlar, bildinizmi ki, Yunuslar haqda hökmə ağla gələn- gəlməyən çox ittiham yazıldı, amma vətənə xəyanət, casusluq ittihamı yazılmadı? İndi anladınızmı ki, sizlərdən qara piar üçün, günahsız insanlara şər atmaq üçün istifadə olundu? Yoxsa əvvəlcədən böhtan dediyinizi bilirdiniz?

Nədir bu qəddarlığın səbəbi? Nədən Azərbaycanın gerçək düşmənlərinə qucaq açılırkən, Ermənistan təmsilçiləri Bakıda hörmətlə ağırlanırkən, ölkəmizlə bağlı fitnəkar planlarda yer alan xarici qüvvələrə gülər üz göstərilirkən, dövlətin bütün gücü, hakmiyyətin bütün kini, qəzəbi Azərbaycanın ictimai-siyasi qüvvələrinə, ziyalılarına, vətəndaş cəmiyyətinə, azad qələm sahiblərinə yönəlir? Niyə anlamırlar ki, hər şeyin bir sonu var, Süleymana qalmayan dünya onlara da qalmayacaq və bu gün etdikləri hər bir anti-insani hərəkətin bir gün məsuliyyətini daşımalı olacaqlar.

Əminəm ki, hökumətin Yunusları həbsdə öldürmək arzuları baş tutmayacaq. Azərbaycan cəmiyyətini susdurmaq mümkün olmayacaq. Leyla xanım da, Arif bəy də, digər siyasi məhbuslar da azadlığa çıxacaq. Bu qaranlıq illərin acı xatirələrini bir az qüssə, bir az da qürurla gələcək nəsillərə xatirə kimi danışacaqlar”, AXCP sədri qeyd edir.

Avropa Şurası Parlament Assambleyasının prezidenti Anna Brosser leyla və Arif Yunus barədə məhkəmə hökmündən hiddətlənib .

Yunuslara qarşı məhkəmə hökmü Azərbaycanda insan haqlarının durumu ilə bağlı ciddi, sistematik problemlər olduğuna sübutdur.

Anna Brosser

“Şokdayam. Leyla Yunusun 8,5 il, Arif Yunusun 7 il həbsə məhkum olunması məni hiddətləndirib".

Avropa Şurası dəfələrlə Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinə qarşı təzyiqləri dayandırmağa, hüquq müdafiəçilərinə, müstəqil jurnalistlərə qarşı repressiyalara son qoymağa, hökuməti insan haqlarının durumunu mübət məcraya salmağa çağırıb.

"Amma bu çoxsaylı çağırışlara baxmayaraq, vəziyyət düzəlməyib.

Yunuslara qarşı məhkəmə hökmü Azərbaycanda insan haqlarının durumu ilə bağlı ciddi, sistematik problemlər olduğuna sübutdur".

Anne Brasseur həmçinin bu ilin iyununda Avropa Şurası Parlamanet AssambleyasınınAzərbaycana çağırışlarnı yada salır.

Azərbaycan hakimiyyətinin istənilən vətəndaş cəmiyyəti fəalını mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifədən sui-istifadə ittihamları ilə mühakimə etməsi tarixin ən böyük ironiyasıdır.

Ərəstun Oruclu

Şərq-Qərb Araşdrımalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Facebook səhifəsində yazır ki, tanımayan və kənardan bu ölkəyə baxan düşünərdi ki, bu gün Azərbaycanda haqq-ədalət zəfər çalıb.

“İqtisadi və vəzifə cinayətlərinə görə məhkum edilmiş Leyla və Arif Yunus cütlüyü də bu ölkənin sərvətlərini talayanlar imiş. Ümumiyyətlə, Azərbaycan hakimiyyətinin istənilən vətəndaş cəmiyyəti fəalını mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifədən sui-istifadə ittihamları ilə mühakimə etməsi tarixin ən böyük ironiyasıdır”, o qeyd edir.

Norveç İnsan Haqları Evi Fondunun Şərqi Avropa və Qafqaz üzrə rəhbəri Anna Bond Leyla və Arif Yunusların uzun meddətə həbsə məhkum edilməsini dəhşət deyə qarşılayır.

Azərbaycan hakimiyyəti müstəqil vətəndaş cəmiyyətini susdurmaq üçün hər şeyə əl atır. Bu məhkəmə hökmü buna bir nümunədir. Bu sadəcə dəhşətdir.

Anna Bond

"Azərbaycan hakimiyyəti müstəqil vətəndaş cəmiyyətini susdurmaq üçün hər şeyə əl atır. Bu məhkəmə hökmü buna bir nümunədir. Bu sadəcə dəhşətdir", o qeyd edir.

Xanım Bond məhkəməyə müstəqil müşahadiçələrin, monitorinq edən insanların, müstəqil jurnalistlərin buraxılmamasını pisləyib.

"Məhkəmə faktiki bağlı qapılar arxasında keçirilib. Məhkəmə əməkdaşları zalın dolu olduğunu əsas gətirsə də, əslində zal işə aidiyyatı olmayan şəxslərlə doldurulub", o qeyd edib.

Dinşünas İlqar İbrahimoğlu Yunusların həbsinin insan hüquqlarını müdafiə etdiklərinə görə olduğuna inanır.

Bu hökmün onlara insan haqları sahəsindəki fəaliyyətə görə oxunduğu, gün kimi aydındır.

İlqar İbrahimoğlu

“Ynuslara hökm oxundu. Bu hökmün onlara insan haqları sahəsindəki fəaliyyətə görə oxunduğu, gün kimi aydındır. Allah bütün siyasi və vicdan məhbuslarına kömək olsun”, Facebook səhifəsində yazır.

"Freedom Now" təşkilatı hakimiyyəti Yunusları dərhal azad etməyə çağırır.

Məhkəmənin hökmü edama bərabərdir.

Maran Turner

Qurumun icraçı direktoru Maran Turner məhkəmənin hökmünü utancverici sayır.

"Yunuslar həyatlarının böyük hissəsini insan haqlarını qorumağa, Azərbaycan və Ermənistan münaqişəsinin həllinə sərf ediblər. Onların səhhətləri və tibbi xidmətin keyfiyyəti nəzərə alınarsa, məhkəmənin hökmü edama bərabərdir", o qeyd edib.

Human Rights Watch-ın Mərkəzi Asiya və Avropa üzrə nümayəndəsi Tanya Loksina məhkəmə hökmü élan edilərkən zalda olub.

O Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən dərhal sonra məhkəmə binasının qarşısında jurnalistlərə deyib ki, bu əslində ölüm cəzasıdır.

Bu hökm vergidən yayınma, qrant, xarici fondlardan maliyyələşmə qaydalarını pozmaq kimi əməllərlə bağlı deyil. Bu, insanların cəzalandırılması, onların məhv edilməsidir.

Tanya Loksina

“Bu hökm vergidən yayınma, qrant, xarici fondlardan maliyyələşmə qaydalarını pozmaq kimi əməllərlə bağlı deyil. Bu, insanların cəzalandırılması, onların məhv edilməsidir. Arif və Leyla Yunusların hər ikisinin səhhəti bu cəzanı çəkməyə imkan verməyəcək. Leyla Yunus 8,5 il, Arif Yunus 7 il həbs olundu. Onların fiziki durumları buna tab gətirməyəcək və bu onlar üçün ölüm cəzası deməkdir”, o qeyd edib.

XS
SM
MD
LG