“Həsən Ruhaninin Urmiyə Gölü böhranını həll edəcəyinə dair sözlər verməsindən bir ildən artıq zaman keçdi. 10 iyun aksiyaları ilə əhali bu vədlərin yerinə gətirilməməsinə etiraz etdilər,” deyə Oyan News veb səhifəsinin əməkdaşı Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanından baş qaldıran etiraz dalğasını şərh edir.
Türkiyədə mühacirətdə yaşayan güneyli fəal Məhəmməd Əhədi iyunun 10-da Urmiyə Gölü müdafiəçilərinin Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətlərinin mərkəzində təşkil etdiyi etiraz aksiyalarının mahiyyəti, etirazlar zamanı Urmiyə və Təbriz şəhərlərində, habelə etirazlardan bir gün öncə Urmiyədə nəzarət altına alınan əhali və milli fəalların taleyi haqqında danışıb.
Çox sayda insanların 10 iyun mitinqlərinə qatıldığını qeyd edən Məhəmməd Əhədinin dediklərinə görə, milli qruplar və ekologiya fəalları etirazları sosial şəbəkələr vasitəsilə təşkil və koordinasiya ediblər.
“Aksiyalardan bir gün öncə iyunun 9-da Urmiyə şəhərində əksəriyyəti gənclər olmaqla 21 nəfər nəzarət altına alındı. Bir gün sonra isə Təbriz və Urmiyədə mitinglər təşkil edildi və onlar nəfər həmin mitinglərdə həbs edildi,” deyə qeyd edən Əhədi Urmiyə Gölü ilə bağlı iki şəhərdə təşkil olunmuş mitinglərlə əlaqədar təqribən 60 nəfərin nəzarət altına alındığını xəbər verir.
"Oyan News" saytının əməkdaşı nəzarət altına alınanların əksəriyyətinin müvəqqəti olaraq zəmanət qarşılığında azadlığa buraxıldığını qeyd edib. “Fəalların azadlığı zəmanət qarşılığında olduğu üçün, daha sonra məhkəməyə çağrılıb, mühakimə ediləcəklər,” deyə o, məlumat verir.
Urmiyə Gölü müdafiəçilərinin “milli təhlükəsizliyi pozmaq məqsədi ilə "toplaşma və sözləşmə”, “siyasi mitinglər təşkil etmək” və “pantürkizm fəaliyyətləri aparmaq” kimi ittihamlar ilə üzləşdiyi bildirilir.
Məhəmməd Əhədi irəli sürülən ittihamların əsassız olduğunu, etirazların Urmiyə Gölü böhranı mehvərində təşkil edildiyi və səslənən şüarların da həmin istiqamətdə olduğunu vurğulayır.
“Məhkəmələr hər zaman məsələnin üzünü təhrif etmək üçün əlaqəsiz ittihamlar irəli sürərlər. Pantürkizm də bu ittihamlardan biridir. Onların fikrincə türk olmaq özü bir suçdur,” deyə güneyli bildirir.
Cənab Əhədi müvəqqəti azadlığa buraxılan fəalların birinə istinad edərək etirazçıların nəzarət altında saxlanıldıqları zaman İranın təhlükəsizlik məmurları tərəfindən döyülüb, pis rəftara məruz qaldıqlarını söyləyir.
Prezident Həsən Ruhani hökumətinin Urmiyə Gölü böhranını həll etmək istiqamətində hər hansı bir əməli atdım atmadığını vurğulayan fəalın dediklərinə görə, “əhali artıq Həsən Ruhaninin verdiyi vədlərə inanmır. 10 iyun etirazları isə bu gerçəyi çox aydın şəkildə ortaya qoydu.”
Türkiyədə mühacirətdə yaşayan güneyli fəal Məhəmməd Əhədi iyunun 10-da Urmiyə Gölü müdafiəçilərinin Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətlərinin mərkəzində təşkil etdiyi etiraz aksiyalarının mahiyyəti, etirazlar zamanı Urmiyə və Təbriz şəhərlərində, habelə etirazlardan bir gün öncə Urmiyədə nəzarət altına alınan əhali və milli fəalların taleyi haqqında danışıb.
Aksiyalardan bir gün öncə iyunun 9-da Urmiyə şəhərində əksəriyyəti gənclər olmaqla 21 nəfər nəzarət altına alındı. Bir gün sonra isə Təbriz və Urmiyədə mitinglər təşkil edildi və onlar nəfər həmin mitinglərdə həbs edildi.Məhəmməd Əhədi
“Aksiyalardan bir gün öncə iyunun 9-da Urmiyə şəhərində əksəriyyəti gənclər olmaqla 21 nəfər nəzarət altına alındı. Bir gün sonra isə Təbriz və Urmiyədə mitinglər təşkil edildi və onlar nəfər həmin mitinglərdə həbs edildi,” deyə qeyd edən Əhədi Urmiyə Gölü ilə bağlı iki şəhərdə təşkil olunmuş mitinglərlə əlaqədar təqribən 60 nəfərin nəzarət altına alındığını xəbər verir.
Məhkəmələr hər zaman məsələnin üzünü təhrif etmək üçün əlaqəsiz ittihamlar irəli sürərlər. Pantürkizm də bu ittihamlardan biridir. Onların fikrincə elə türk olmaq özü suçdur.Məhəmməd Əhədi