Accessibility links

İki baş həkim rüşvət alarkən saxlanıb


Hər iki həkim həbs edilib

Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi mayın 3-də 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Oktay Salamov xidməti otağında Bakı şəhər sakinindən 3 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalayıb. Bu barədə Respublika Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, həyata keçirilmiş digər istintaq-əməliyyat tədbirləri nəticəsində 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Bayram Xudaverdiyev də xidməti otağında əlillik dərəcəsinin təyin edilməsi üçün komissiyanın Mərdəkan qəsəbəsində yerləşən inzibati binasında Bakı şəhər sakinindən 3 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və törətdikləri cinayət əməllərinə görə Oktay Salamov və Bayram Xudaverdiyev qeyd edilən maddə ilə ittiham olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG