Accessibility links

Balakəndə vəzifəli şəxsi rüşvət alarkən yaxalanıb


Əfqan Əliyev ünvanlı dövlət sosial yardımı ayrılması üçün Balakən rayon sakinindən 400 manat rüşvət tələb edib.

Balakən rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin

direktor müavini rüşvət alarkən cinayət başında tutulub.

Respublika Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Balakən rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini Əfqan Əliyev ünvanlı dövlət sosial yardımı ayrılması üçün Balakən rayon sakinindən 400 manat rüşvət tələb edib. Bundan sonra o, həmin puldan 200 manatını alıb və cinayət əməlini davam etdirərək aprelin 10-da qalan 200 manatı xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Ə.Əliyevin xidməti otağına baxış keçirilərkən otaqdan iş üçün əhəmiyyət kəsb edən plastik kartların uçotu jurnalı və digər sənədlər aşkar edilərək götürülüb.

Əfqan Əliyev barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG