Accessibility links

ABŞ Dövlət Katibinin köməkçisi vətəndaş cəmiyyəti nümayəndələri və LGBTIQ+ icmasının təmsilçiləri ilə görüşüb


ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid Azərbaycana səfəri çərçivəsində Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.
ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid Azərbaycana səfəri çərçivəsində Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycana səfəri çərçivəsində Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

Görüşdə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi təşkilatının rəhbəri Anar Məmmədli, “German Marshall” Fondunun ölkə üzrə məsləhətçisi Mehriban Rəhimli və hüquqşünas Şəhla Hümbətova olub.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, dövlət katibinin köməkçisi qeyd edib ki, ABŞ regionda davamlı sülhün təmin edilməsi, insan hüquqları və əsas azadlıqlarına hörmətin gücləndirilməsi, demokratik seçki prosesləri və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycan tərəfindən göstərilən səyləri dəstəkləməkdə davam edir.

Bundan əlavə hüquq müdafiəçisi Anar Məmmədli Amerikanın Səsinə bildirib ki, ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid ilə görüşdə əsasən Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı danışılıb.

“Konkret olaraq siyasi təzyiqlər, siyasi repressiyalar, müstəqil vəkillərə təzyiqlərlə bağlı müzakirələr aprıldı. Eyni zamanda vətəndaş cəmiyyətinin durumu, fəaliyyət imkanları müzakirə olundu. Daha bir istiqamət də, Azərbaycan-Ermənistan münaqişəsinin həllində vətəndaş cəmiyyətinin rolu məsələlərindən söhbət açdıq. İki ölkə arasında sülh prosesinin qorunmasında vətəndaş cəmiyyətinin roluna toxunduq. Əsasən biz ölkədəki mövcud durumu müzakirə elədik. Bu prosesdə beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların rolunun vurğuladıq ki, nə ola bilər,” hüquq müdafiəçisi vurğulayıb.

please wait

No media source currently available

0:00 0:01:00 0:00

Hüquq müdafiəçisi həmçinin görüşdə ABŞ-la Azərbaycan arasında münasibətlərdə insan hüquqlarının müdafiəsinin zəruriliyinə də toxunulduğunu deyib.

“Bu kimi məsələlər ətrafında fikir mübadiləsi apardıq. Təxminən bir saat çəkən görüş oldu. Bir saat ərzində ölkədəki siyasi vəziyyəti, xüsusilə insan hüquqlarının və azadlıqlarının müdafiəsi istiqamətində problemləri danışdıq,” o qeyd edib.

Bundan əlavə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Qürur Ayını qeyd etmək məqsədilə Bakının LGBTİQ+ icmasının təmsilçiləri ilə görüşüb.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, görüşdə ABŞ-ın bütün dünyada LGBTQİ+ şəxsləri qürurla dəstəklədiyini bir daha vurğulayıb.

Assistant Secretary Donfried met with members of Baku’s LGBTIQ+
Assistant Secretary Donfried met with members of Baku’s LGBTIQ+

İyun Qürur Ayıdır! 50 ildən artıqdır ki, dünyanın müxtəlif yerlərindən olan insanlar LGBTQI+ şəxslərin haqlarını qeyd və təbliğ etmək, uğrunda mübarizə aparmaq üçün bir araya gəlirlər - məlumatda qeyd edilib.

Həmçinin ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid rəsmilərdən prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramovla görüşərək Azərbaycanla Ermənistan arasında sülh danşıqları, enerji və bir sıra başqa məsələləri müzakirə edib.

Donfrid Azərbaycandan Gürcüstana, oradan da Ermənistana getməyi planlaşdırır.

XS
SM
MD
LG