Accessibility links

ABŞ dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə müavini Azərbaycana gəlir


ABŞ Dövlət Katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə müavini Kara Makdonald (Kara McDonald) 13-15 iyunda Azərbaycanda səfərdə olacaq.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin yaydığı məlumatda deyilir.

Məlumata görə, səfər zamanı o, hökumət rəsmiləri, demokratiya və insan hüquqları sahəsində çalışan fəallar, müstəqil media və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcək.

Dövlət katibinin müavini Makdonald Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə Bürosunun Avropa, Cənub və Mərkəzi Asiya üzrə fəaliyyətinə habelə çoxtərəfli və qlobal münasibətlər sahəsində çalışan heyətə rəhbərlik edir.

"Demokratiya, İnsan Haqqları və Əmək Məsələləri üzrə Büro qanun aliliyi, insan haqları və əsas azadlıqlar da daxil olmaqla universal dəyərləri dəstəkləyir. Sözügedən dəyərlər demokratiyaya - habelə güclü, sabit, firavan, və suveren dövlətlərin inkişafına təkan verir," səfirliyin məlumatında qeyd olunub.

XS
SM
MD
LG