Karantin rejimində pozitiv emosiyaların aşağı düşməsi insanlarda ciddi psixoloji pozuntulara gətirib çıxarır
Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi 24 mart 2020-ci il tarixindən bu günədək davam edir. Bu müddət ərzində karantin rejimi bir neçə dəfə sərtləşdirilib və daha sonra yumşaldılıb, hətta həftəsonları qapanma da elan olunub. Karantin rejimi ilə əlaqədar qadağalar sırasında restoran və kafelərin bağlanmasından tutmuş, vətəndaşların evi SMS-icazə ilə tərk etməsi, həmçinin kütləvi tədbirlərin və yığıncaqların təşkil olunması da var. Azərbaycan ən uzunmüddətli sərt karantin rejimi tətbiq olunan ölkə hesab olunur. Nevropatoloq Qalib Əsədov karantin rejiminin insan psixologiyasına təsirlərindən danışıb. O deyir ki, insanda pozitiv və neqativ emosiyalar balans təşkil etməlidir. Neqativ emosiya pozitiv emosiyanı üstələyəndə insanda aqressiya, depressiya, qəzəb və intiharameyillilik yarana bilər. Nevropatoloqun fikrincə, karantin rejimi də insanların emosional vəziyyətinə mənfi təsir göstərir. İnsanların pozitiv emosiyalarının artırılması üçün müəyyən tədbirlər görülməlidir.
Episodes
-
Noyabr 27, 2024
Ankarada “Qadına Qarşı Şiddətə Yox!” konfransı keçirildi
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir
-
Noyabr 26, 2024
Tbilisidə ianə qutuları ilə ukraynalı qaçqınlara dəstək
-
Noyabr 26, 2024
Anar Məmmədli həbsdə saxlanılıb