Aprelin 4-də həbsdə olan jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova Bakıda Penitensiar Xidmətin binası qarşısında “İşgəncəyə son!” şüarı ilə aksiya keçirib. O, Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan həyat yoldaşının kamera yoldaşı tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirib. Gülmirə Aslanova cəzaçəkmə müəssisəsində işgəncəyə son qoyulmasını tələb edib. O hesab edir ki, həyat yoldaşına qarşı fiziki təzyiqlər qəsdən edilir. Etiraz aksiyası zamanı, Penitensiar Xidmətin əməkdaşları Aslanovanı qəbul etmək üçün binaya dəvət ediblər. Gülmirə Aslanova qəbuldan imtina edib. Penitensiar Xidmətdən Aslanovanın etirazı ilə bağlı münasibət öyrənmək mümkün olmayıb. 2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. 2022-ci il fevralın 24-də Azərbaycan Ali Məhkəməsi həbs müddətini 16 ildə 13 ilə endirib.
Həbsdə olan jurnalistin həyat yoldaşı “İşgəncəyə son!” şüarı ilə aksiya keçirib
Episodes
-
Dekabr 28, 2024
Qubanın dağ kəndi: Kefindən kim köçər ki?
-
Dekabr 28, 2024
Kyivdə Ukrayna-Azərbaycan toyu
-
Dekabr 27, 2024
Yeni il yarmarkası: Alıcılıq zəifdir