Accessibility links

Urmiyəli jurnalist Siyavuş Süleymanipur bəraət alıb


Urmiyəli jurnalist Siyavuş Süleymanipur
Urmiyəli jurnalist Siyavuş Süleymanipur

Urmiyədə media sahəsində fəaliyyət göstərən Siyavuş Süleymanipur Apellyasia Məhkəməsi tərəfindən bəraət alıb.

HRA xəbər agentliyinin yayımladığı məlumata görə, daha əvvəl Urmiyə Ümumi və İnqilab Məhkəməsi tərəfindən 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilən tanınmış jurnalist Siavuş Süleymanipura Qərbi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi bəraət qazandırıb. Amma jurnalistin internetdə fəaliyyət etməsinə qadağa qoyulub. Instagramda fəaliyyət göstərn Chichest News səhifəsi də təhlükəsizlik qüvvələri tərəfindən müsadirə olunaraq bütün məzmunu silinib. Hazırda səhifədə "Bu səhifə kriminal təhlükəsizlik məzmunu paylaşımına görə bloklanıb və günahkar şəxs ilə bağlı cəza tədbirləri görülüb" cümləsi paylaşılıb.

İnqilab Məhkəməsi onu “sistemə qarşı təbliğat fəaliyyəti aparmaq”, “rəhbərliyi təhqir etmək” və “milli təhlükəsizliyə qarşı fəaliyyətlərin idarə etməsi” ittihamları ilə ümumilikdə 6 il 10 ay həbs cəzasına məhkum etmişdi.

Jurnalist keçən il İranda kütləvi etirazlar fonunda oktyabr ayının 1-də Urmiyədəki evində nəzarət altına alınmışdı. Süleymanipur təqribən 45 günlük həbsdən sonra keçən il noyabrın 14-də Urmiyə həbsxanasından 1 milyard tümənlik girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Urmiyə sakini olan Süleymanipur nəşrinə qadağa qoyulmuş “Chichest News” xəbər saytının sabiq meneceri kimi daha öncə də 2019-cu ildə həbs edilmişdi.

XS
SM
MD
LG