Accessibility links

Urmiyədə jurnalist Siyavuş Süleymanipur mülki zəmanətlə sərbəst buraxılıb


Siyavuş Süleymanipur
Siyavuş Süleymanipur

Urmiyədə tanınmış jurnalist və mədəni fəal Siyavuş Süleymanipur təqribən 45 günlük həbsdən sonra müvəqqəti olaraq sərbəst buraxılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Günaz TV kimi saytların məlumatına əsasən, Süleymanipur bazar ertəsi günü bir milyard tümənlik mülki zəmanət qarşılığında azad edilib. Onun məhkəmə prosesi davam edəcək.

Jurnalist İranda davam etməkdə olan geniş etirazlar fonunda oktyabr ayının 1-də Urmiyədəki evində nəzarət altına alınmışdı

Uzun illərdir jurnalist və ictimai fəal kimi çalışan Süleymanipur Urmiyədə fəaliyyət göstərən "Azərbaycan Mədəniyyət Ocağı"nın sədri olub. O, həmçinin son vaxtlar fəaliyyətinə qadağa qoyulmuş "Çiçest News" adlı internet portalını idarə edirdi.

Qərbi Azərbaycan vilayətinin ədliyyə idarəsinin oktyabr ayının 26-da mətbuata verdiyi məlumata əsasən, nümayişlərin başlandığından bəri vilayətdə saxlanılanlardan 95 nəfər haqqında ittihamnamə hazırlanıb. Ədliyyə idarəsinin rəisi Nasir Ətəbatinin dediklərinə görə, "digər saxlanılanların işi sürət və diqqətlə davam edir".

XS
SM
MD
LG