İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycanda səfərdədir. O Azərbaycan prezidfenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovıa danışıqlar aparıb.
Azərbaycan prezidenti İlham Əliiyevlə görüşdə ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub, yüksək texnologiyalar, kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə isə xarici işlər nazirlərinin görüşündə siyasi, iqtisadi, ticarət, elmi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Nazir Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barəsində məlumat verib, münaqişənin həll edilməsi üçün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. “Münaqişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir”, o qeyd edib.
Aviqdor Liberman Azərbaycandakı yəhudi icmasının iki ölkə arasındakı münasibətlərin inkişafında rolunu müsbət qiymətləndirib.
Görüşdən sonra Azərbaycan Xarici İşlər Nazirliyi və İsrail Dövlətinin Xarici İşlər Nazirliyi arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında protokol imzalanıb.