Accessibility links

Yeni təhlükəsizlik düzəni və Azərbaycan


İsa Qəmbər Ukraynada
İsa Qəmbər Ukraynada

Müsavat Partiyasının başqanı İsa Qəmbərin məqaləsində Ukrayna böhranının yaratdığı yeni təhlükələrdən bəhs edir

Müsavat Partiyasının başqanı İsa Qəmbər Ukrayna böhranının yaradacağı təhlükələrlə bağlı
“Yeni təhlükəsizlik düzəni və Azərbaycan” adlı məqalə yazıb. O məqaləni öz Facebook səhifəsində yayıb.

Maraqlı yazını təqdim edirik:

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və təcavüzü, Ukrayna ərazisi Krımı işğal və ilhaq etməsi beynəlxalq münasibətlər sisteminə dəhşətli zərbə vurdu. Çoxtərəfli və ikitərəfli sazişlər pozuldu. BMT Təhlükəsizlik Şurasının gücsüzlüyü bir daha aşkara çıxdı.
BMT Təhlükəsizlik Şurasının gücsüzlüyü bir daha aşkara çıxdı.
Ən təhlükəlisi odur ki, hətta böyük dövlətlər arasında imzalanmış sənədlərin də heç bir gerçək təminat yaratmadığı bəlli oldu. Çağdaş siyasətçilər bu gün sadəcə Rusiyanın Ukraynaya təcavüzündən doğan problemlərin həlli ilə deyil, həm də (daha çox) dünyanın yeni təhlükəsizlik düzənini qurmaqla məşğul olacaqlar.

Məhz buna görə bir həftə əvvəl yazmışdım ki, “16 martdan 17 marta keçən gecə "Ən yeni böhran" dövrü başlayır. Hər bir böyük böhran böyük risklər, təhlükələr və eyni zamanda böyük fürsətlər, imkanlar yaradır. Hamı üçün. Və təbii ki, həm də Azərbaycan üçün.”
Hər bir böyük böhran böyük risklər, təhlükələr və eyni zamanda böyük fürsətlər, imkanlar yaradır. Hamı üçün. Və təbii ki, həm də Azərbaycan üçün.
Hər bir dövlət bu böyük risklərdən qorunmaq və bu böyük imkanlardan yararlanmaq üçün yeni təhlükəsizlik düzənində öz yerini, mövqeyini müəyyənləşdirməlidir. Ermənistan artıq bunu etdi, Rusiyanın yanında yer aldı. Ermənistanın bu addımı Ukrayna tərəfdən də, beynəlxalq birlik tərəfindən də qeydə alındı. Bu addım Ermənistana fayda gətirməyəcək, ciddi problemlər yaradacaq. Amma, Ermənistanın seçim imkanı yox həddində idi.

Azərbaycanın isə seçim etmək imkanı var və bunu etmək lazımdır. Ümumi olaraq “biz bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyirik” demək kifayət deyil. Dəfələrlə dediyimiz kimi, Azərbaycan avroatlantik inteqrasiya kursunu açıq şəkildə bəyan etməli, bu istiqamətdə konkret rəsmi addımlar atmalı, “GUAM” üzvü və müttəfiq dövlət olaraq Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə tərəfdar çıxdığını birmənalı şəkildə bildirməlidir. Azərbaycan bunu həm Ukrayna xalqı və Krım tatarlarını nəzərə alaraq, həm də öz köklü maraqlarını, Qarabağ məsələsini nəzərə alaraq etməlidir”, İsa Qəmbər bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG