Accessibility links

İraqda yaraqlılar polis qərargahına hücum edib


İraqda yaraqlılar polis qərargahına hücum edib
İraqda yaraqlılar polis qərargahına hücum edib

İraq rəsmiləri Ramadi şəhərində yaraqlıların təhlükəsizlik qüvvələrinin qərargahına hücumu zamanı üç polis işçisinin öldürüldüyünü, 14 nəfərin yaralandığını bildirir.

Rəsmilərin sözlərinə görə, intiharçının üzərindəki bombanı qərargahın qarşısında partlatması yaraqlıların içəri daxil olmasına imkan yaratmışdır. İraq təhlükəsizlik qüvvələri içəridə atəş açmağa başlayan yaraqlıları cavab atəşinə tutub. Atışma günortayadək davam edib. Ramadi polisi və terrorizmlə mübarizə bölməsi bu qərargahda yerləşir.

Ramadi şəhərinin də daxil olduğu İraqın Ənbər vilayətində hökumət binarları üsyançıların hücumlarının əsas hədəflərindən sayılır.

Ramadi 2003-cü ildə ABŞ-ın başçılığı ilə İraqa müdaxilə zamanı əl-Qaidə ilə əlaqəsi olan sünni yaraqlıların istinadgahı olmuşdur. Lakin sonradan yerli sünni yaraqlılar Əl-Qaidəyə qarşı çıxaraq, ABŞ silahlı qüvvələrinin Ənbər vilayətində zorakılıqların azaldılması səylərinə kömək etmişdir.

XS
SM
MD
LG