Accessibility links

İraqiyyə alyansı parlamentin boykotuna son qoyub


İraqiyyə alyansı parlamentin boykotuna son qoyub
İraqiyyə alyansı parlamentin boykotuna son qoyub

İraqda sünnilərin böyük hissəsinin dəstəklədiyi siyasi alyansın parlamentin bir ay sürən boykotu dayandırıb. Bununla milli birlik hökumətində təriqət zəminində dərin fikir ayrılıqlarına yol açmış siyasi böhrana son qoyulib.

İraqiyyə alyansının sözçüsü Meysun Əl-Damluci deyib ki, ölkədə böhranın həlli məqsədilə milli konfransda atmosferin yaxşılaşdırılması üçün qanunvericilər ilk dəfə olaraq bu həftə parlamentin sessiyalarında iştirak etməyə başlayacaq.

İraqiyyə bunu yüksək səviyyəli liderlərin partlamentin spikeri Üsəma Əl-Nucaifi, maliyyə naziri Rafi Əl-Əssavi və Baş nazirin müavini Saleh Əl-Mutlaqla görüşdən sonra elan edib. Alyans şiə baş nazir Nuri Əl-Məlikinin başçılıq etdiyi nazirlər kabinetinin boykotuna son qoyub-qoymamaq haqda hələ qərar verməyib.

Siyasi böhran keçən ay baş nazir ölüm eskadronu yaratmaq ittihamı ilə İraqın sünni vitse-prezidentini haqda order verməsi və parlamentdən cınab Məlkini diktator adlandıran baş nazirin sünni müavininin işdən azad edilməsini istəməsindən sonra yaranmışdı.

Vitse-prezident Tariq Əl-Həşimi və Baş nazirin müavini Saleh Əl-Mutlak hər ikisi İraqiyyənin üzvləridir. Həşimi yanlışlığa yol verilmədiyini demiş və həbsə yol verməmək üçün İraqın muxtar kürd regionuna qaçmışdı.

İraqiyyə cənab Məlikinin addımlarına parlamenti və kabineti boykot etməklə cavab vermiş və onu İraqda şiələrin əsas siyasi bloku olan Milli Alyansda hakimiyyətin mərkəzləşməsinə çalışmaq ittiham etmişdi.

İraqiyyə 2010-cu ildə parlament seçkilərində sünnilərin güclü dəstəyi nəticəsində yerlərin çoxunu əldə etmiş, lakin əksəriyyətin koalisiyasını yarada bilmədiyi çün Baş nazir Nuri Əl-Məlikinin Milli Alyansı ilə birlik hökumətinə qoşulmağa razı olmuşdu.

XS
SM
MD
LG