Accessibility links

Vəkil İranda həbsdə olan amerikalı turistlərin azad edilə biləcəyini deyir


Vəkil İranda həbsdə olan amerikalı turistlərin azad edilə biləcəyini deyir
Vəkil İranda həbsdə olan amerikalı turistlərin azad edilə biləcəyini deyir

İranda casusluq ittihamları ilə həbsdə olan iki amerikalı turistin vəkili deyib ki, işlə bağlı dinləmlər onların bu yaxınlarda azad ediləcəyinə işarə ola bilər. Məsud Şafieyinin sözlərinə görə, Şeyn Bauer və Coş Fattalın həbsinin ildönümünə təsadüf edən dinləmələr Tehranın onları azad etmək istədiyinə işarə kimi qiymətləndirilə bilər. Vəkil hesab edir ki, onların iki il həbsxanada olması cəza müddəti hesab edilə bilər. Şafieyi işlə bağlı sonuncu dinləmədən öncə amerikalılarla görüşməyə icazə verilmədiyini deyib. İran rəsmiləri amerikalı tursitləri 2009-cu ildə İraq sərhəddindən İrana qeyri-qanuni keçməkdə ittiham edərək həbsə almışdı. Onlarla bərabər həbs edilən üçüncü amerikalı turist Sara Şörd yarım milyon dollar müqabilində zəmanət verildikdən sonra azad edilmişdi. Amerikalılar onlara qarşı irəli sürülən ittihamları rədd edir.

XS
SM
MD
LG